SON XƏBƏRLƏR

Erməni təbliğat maşını Azərbaycan əleyhinə fəaliyyətini genişləndirir

2021.10.20, 07:36
Erməni təbliğat maşını Azərbaycan əleyhinə fəaliyyətini genişləndirir

Gunaz.tv
Erməni təbliğat maşını Azərbaycan əleyhinə fəaliyyətini genişləndirir Qarabağ probleminin həlli ətrafında danışıqlar prosesi uzandıqca ermənipərəst qüvvələrin təbliğat maşını dünya birliyinin fikrini yayındırıb bildirir ki, Azərbaycan münaqişənin həlli istiqamətində yalnız müharibə variantını məqbul sayır. Bu kimi qənaətlərin yayılması kampaniya xarakteri daşısa da, məsələnin təfərrüatlarına bələd olan qüvvələr kimin kim, nəyin nə olduğundan xəbərdardırlar. Birinci dəfə deyil ki, erməni təbliğatının ruporu rolunu üzərinə götürmüş bir neçə təhlil və araşdırma mərkəzləri Azərbaycanı işğalçı qismində təqdim etmək cəhdi göstərirlər. Belə mərkəzlər əsasən Rusiya, Fransa, Birləşmiş Ştatlar, bəzi Avropa dövlətlərində «fəaliyyət» gəstərərk, səslərini dalğavari şəkildə ucaldıb sonra isə sükuta qərq olurlar. Onların hərəkətlərinin bir mərkəzdən idarə olunması şübhə doğurmur. Vaxtaşırı bəzi sadəlöhv qüvvələrə nüfuz edərək, bu mərkəzlər necə deyərlər, oğrunu doğru qismində, zərərçəkəni səbəbkar kimi təqdim edirlər. Amma nəticə çox qısa zaman kəsiyində əriyir gedir. Total qarayaxma təbliğətını aparanlar Azərbaycan dövlətiylə cəmiyyəti arasında uçurum yaratmaq cəhdlərindən də əl çəkmirlər. Onlar iddi edirlər ki, güya rəsmi Bakı xalqa müharibənin qaçılmaz olması barədə fikri təlqin edir. Əgər belədirsə onda niyə məhz Azərbaycan cəmiyyəti öz liderinə etimad mandatının verməklə problemin radikal həllinə hazır olduğunu bildirir? O, ki qaldı dövlət başçısının mövqeyinə, o, son dərəcə konkret olduğu kimi həm də praqmatikdir. Maraqlıdır ki, düşmən dəyirmana su tökən üzdəniraq piarçılar bir çox qənaət və fikirlərində çaşıb sözün düzünü də deyirlər. Azərbaycanın müdafiə potensialının artmasına işarə edərək guya böyük həqiqəti açmış görünürlər. Amma Azərbaycan ordu quruculuğuna son dərəcə diqqətlə yanaşdığını gizlətmir. Qəsbkar qonşu yeni ərazi iddialarını ortaya qoyduğu halda başqa bakı başqa mövqe sərgiliyə bilərmi? Əlbəttə ki yox. Bu reallığın fonunda səsküyçü sulhsevərlər bildirirlər ki, Azərbaycan cəmiyyəti dövlət rəhbərinə Qarabağın azadlığı yolunda qeydsiz-şərtsiz kart-blanş verib… bu həqiqətən də belədir, çünki sağlam məntiqə sığa bilməyən Ermənistan yalnız güc arqumenti qarşısında lərzəyə gəlir. Görünür başqa vasitələr onlara kar etmir. lidertv

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar