SON XƏBƏRLƏR

Minsk qrupu həmsədrlərinin, xüsusilə də amerikalı həmsədr M.Brayzanın Moskva görüşündən sonra verdiyi açıqlama bu qurumun birmənalı olaraq ermənipərəst mövqe tutduğunu bir daha təsdiq etdi

2021.10.20, 07:36
Minsk qrupu həmsədrlərinin, xüsusilə də amerikalı həmsədr M.Brayzanın Moskva görüşündən sonra verdiyi açıqlama bu qurumun birmənalı olaraq ermənipərəst mövqe tutduğunu bir daha təsdiq etdi

Gunaz.tv
Minsk qrupu həmsədrlərinin, xüsusilə də amerikalı həmsədr M.Brayzanın Moskva görüşündən sonra verdiyi açıqlama bu qurumun birmənalı olaraq ermənipərəst mövqe tutduğunu bir daha təsdiq etdi. M.Brayza danışıqlarda Dağlıq Qarabağ ətrafındakı rayonların azad olunması, bölgəyə sülhməramlı qüvvələrin yerləşdirilməsi və Dağlıq Qarabağın statusu ilə bağlı səsvermənin keçirilməsi kimi məsələlərin müzakirə olunduğunu bildirmişdir. Qarabağ Azadlıq Təşkilatının dəfələrlə bildirdiyi kimi bu plan və müzakirələr Dağlıq Qarabağın rəsmiləşdirilərək həmişəlik Ermənistana verilməsinə yönəlmişdir. M.Brayza bu bəyanatı ilə həmçinin Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almışdır. Qarabağ Azadlıq Təşkilatı hesab edir ki, Azərbaycan Minsk qrupu çərçivəsində aparılan danışıqlardan dərhal imtina etməlidir. Biz həmçinin Azərbaycandakı ABŞ səfirliyindən M.Brayzanın növbəti absurd açıqlamasına aydınlıq gətirməsini tələb edirik.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar