SON XƏBƏRLƏR

Azərbaycan İrana qaz satacaq

2021.10.20, 07:36
Azərbaycan İrana qaz satacaq

Gunaz.tv
Azərbaycan İrana qaz satacaq Yaxın vaxtlarda Azərbaycan və İran arasında Azərbaycan qazının satışına dair müqavilə imzalanacaq. Bu barədə cümə günü «Azəriqaz» QSC-nin rəhbəri Əlixan Məlikov məlumat verib. Məlikovun sözlərinə görə, Azərbaycan tərəfindən müqaviləni Dövlət Neft Şirkəti imzalayacaq. Qaz nəqli «Azəriqaz» xətti üzrə həyata keçiriləcək. Azərbaycan sutka ərzində İrana təxminən 2 mln. kubmetr qaz sata bilər. Bu həcm blokadada olan Naxçıvan Muxtar Respublikasının qazla təminatı üçün İrana ixrac edilən həcmdən əlavə olacaq. Hazırda gələcəkdə tədarük olunacaq qazın qiyməti və həcmi üzrə danışıqlar aparılır. Qazın alınması ilə bağlı marağı İran tərəfi ifadə edib. express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar