SON XƏBƏRLƏR

TÜRKİYƏDƏ ORDU RƏHBƏRLİYİ DƏYİŞİR_Yaş həddi ilə bağlı istefaya çıxan Yaşar Böyükanıtı İlkər Başbuğ əvəzləyəcək

2021.10.20, 07:36
TÜRKİYƏDƏ ORDU RƏHBƏRLİYİ DƏYİŞİR_Yaş həddi ilə bağlı istefaya çıxan Yaşar Böyükanıtı İlkər Başbuğ əvəzləyəcək

Gunaz.tv
TÜRKİYƏDƏ ORDU RƏHBƏRLİYİ DƏYİŞİR Yaş həddi ilə bağlı istefaya çıxan Yaşar Böyükanıtı İlkər Başbuğ əvəzləyəcək 4832.jpg Dünən Türkiyədə qoşun növləri komandanlarının və hökumətin təhlükəsizlik blokuna daxil olan nazirliklərin rəhbərlərinin iştirakı ilə Yüksək Hərbi Şuranın iclası olub. İclasın gündəmindəki əsas məsələ Türkiyə Silahlı Qüvvələrinin bəzi yüksək rütbəli mənsublarının yaş həddi ilə bağlı istefaya göndərilməsi və onların yerinə yenilərinin təyin edilməsi idi. Bununla belə, şurada PKK terroruna qarşı mübarizənin gedişi və təhlükəsiziklə bağlı digər mühüm mövzuların da müzakirə ediləcəyi gözlənilirdi. Əvvəlcədən məlum idi ki, Yüksək Hərbi Şuranın iclasında Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Böyükanıtın da istefası qəbul ediləcək. Bununla bağlı Y.Böyükanıt son dəfə qatıldığı şura iclasında vida nitqi ilə çıxış etməli idi. O, vəzifəsini avqustun 30-dək icra edəcək. Y.Böyükanıtın yerinə isə quru qoşunlarının komandanı, ordu generalı İlkər Başbuğun təyin edilməsi gözlənilir. Avqustun 4-dək davam edəcək iclasa baş nazir Rəcəb Tayyib Ərdoğan başçılıq edəcək. Toplantıda rütbələri general və polkovnik arasında dəyişən 11 zabitin rütbələrinin artırılması ilə bağlı məsələyə də baxılacaq. Türkiyə qanunlarına görə, Silahlı Qüvvələrin Baş Qərargah rəisi hökumətin təklifi əsasında prezident tərəfindən təyin olunur. Qoşun növlərinin komandanları isə Baş Qərargah rəisinin təklifi, baş nazirin təyinatı və prezidentin təsdiqi ilə vəzifələrinin icrasına başlayır. Lakin Yüksək Hərbi Şurada verilən qərarlar bu təyinatlarda bir qayda olaraq həlledici olur. Xəbər xidməti musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar