SON XƏBƏRLƏR

KONYADAKI FACİƏDƏ ÖLƏNLƏRİN SAYI 16-YA YÜKSƏLİB

2021.10.20, 07:36
KONYADAKI FACİƏDƏ ÖLƏNLƏRİN SAYI 16-YA YÜKSƏLİB

Gunaz.tv
KONYADAKI FACİƏDƏ ÖLƏNLƏRİN SAYI 16-YA YÜKSƏLİB xestexana.jpg Türkiyənin Konya vilayətinin Daşkənd rayonunun Balçılar qəsəbəsində məktəb və yataqxana kimi istifadə edilən binanın çökməsi nəticəsində ölənlərin sayı 16-ya çatıb. Təbii qaz bakının partlaması nəticəsində üçmərtəbəli bina tamamilə dağılıb. Balçılar qəsəbəsi Kurs və Məktəb Şagirdlərinə Yardım Dərnəyi tərəfindən 17 il əvvəl açılan məktəbdə qızlar üçün “Quran” tədris edilirmiş. Dərnəyin sədri və məktəbin direktoru Hüseyn Gömləkçi həbs olunub. Daxili işlər naziri Bəşir Atalay, səhiyyə naziri Rəcəb Akdağ, qadın və ailə məsələləri üzrə dövlət naziri Nemət Çubukçu faciədən bir neçə saat sonra hadisə yerinə gediblər. Baş nazir Rəcəb Tayyib Ərdoğan da olay yerinə yollanıb. APA

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar