SON XƏBƏRLƏR

BUGÜN(2 avqust) AZƏRBAYCANIN BƏZİ MÜXALİFƏT PARTİYALARI PREZİDENT SEÇKİLƏRİ İLƏ BAĞLI YEKUN QƏRAR QƏBUL EDƏCƏK

2021.10.20, 07:36
BUGÜN(2 avqust) AZƏRBAYCANIN BƏZİ MÜXALİFƏT PARTİYALARI PREZİDENT SEÇKİLƏRİ İLƏ BAĞLI YEKUN QƏRAR QƏBUL EDƏCƏK

Gunaz.tv
BUGÜN AZƏRBAYCANIN BƏZİ MÜXALİFƏT PARTİYALARI PREZİDENT SEÇKİLƏRİ İLƏ BAĞLI YEKUN QƏRAR QƏBUL EDƏCƏK secki.jpg Bugün bir sıra müxalifət partiyaları oktyabrın 15-də keçiriləcək prezident seçkiləri ilə bağlı yekun qərar qəbul edəcək. Bu məqsədlə Müsavat, Demokrat, Klassik Xalq Cəbhəsi və Böyük Quruluş partiyalarının ali məclislərinin toplantısı çağırılıb. Müsavat Məclisinin sədri Sülhəddin Əkbər bildirib ki, iclas saat 11.00-da başlayacaq və mətbuat üçün açıq olacaq. İclasda prezident seçkilərində iştirak məsələsinə baxılacaq və Məclisdə boş qalan yerlərə seçki keçiriləcək. Namizədliyini irəli sürmüş şəxslərin adları olan bülletenlərin hazırlandığını deyən S. Əkbər boş yerlərə seçkinin gizli səsvermə ilə keçiriləcəyini söyləyib. Müsavatdan fərqli olaraq, ADP Məclisinin iclası qapalı keçiriləcək. ADP sədri Sərdar Cəlaloğlu toplantının yalnız giriş hissəsinin jurnalistlər üçün açıq olacağını, seçkidə iştirak edib-etməmək məsələsinin müzakirəsi zamanı hər kəsin öz fikrini sərbəst söyləyə bilməsi üçün iclasın qapalı şəkildə davam etdiriləcəyini vurğulayıb. KXCP və BQP rəhbər orqanlarının yığıncaqları isə açıq keçiriləcək. Hər iki partiya seçkidə iştirak qərarı verib və sabahkı toplantıda bunun forması müəyyənləşdiriləcək. Adıçəkilən partiyalar ya seçkiyə öz namizədləri ilə gedəcək, ya da digər namizədi dəstəkləyəcəklər. APA

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar