SON XƏBƏRLƏR

PİTER SEMNEBİ: BEYNƏLXALQ MÜŞAHİDƏÇİLƏR AZƏRBAYCANDA BÜTÜN SEÇKİ KAMPANİYASI PROSESİNƏ QİYMƏT VERƏCƏKLƏR

2021.10.20, 07:36
PİTER SEMNEBİ: BEYNƏLXALQ MÜŞAHİDƏÇİLƏR AZƏRBAYCANDA BÜTÜN SEÇKİ KAMPANİYASI PROSESİNƏ QİYMƏT VERƏCƏKLƏR

Gunaz.tv
PİTER SEMNEBİ: BEYNƏLXALQ MÜŞAHİDƏÇİLƏR AZƏRBAYCANDA BÜTÜN SEÇKİ KAMPANİYASI PROSESİNƏ QİYMƏT VERƏCƏKLƏR peter_semnebi.jpg Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebinin Bakıya hazırki iki günlük səfərinin məqsədi qarşıda duran 15 oktyabr prezident seçkiləri ilə əlaqədar ölkədə seçkiqabağı vəziyyətin müzakirəsi idi. Bu barədə səfərinin yekunlarına həsr edilmiş bugünki mətbuat konfransında Semnebi özü bildirib. O, prezident İlham Əliyev, prezident aparatının rəhbəri, xarici işlər, daxili işlər, ədliyyə nazirləri, partiya liderləri, KİV və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşlər keçirib. Onun sözlərinə görə, bu görüşlər zamanı seçkilərin müxtəlif aspektləri, o cümlədən seçkiləri monitorinq, Aİ-nin seçkilərin demokratikliyinin təmin edilməsində rolu, medianın seçkiqabağı kampaniyada rolu, toplaşmaq azadlığının təmin edilməsi məsələləri müzakirə edilib. Bu zaman Semnebi seçkiqabağı vəziyyəti şərh etməkdən imtina edib və seçkilərə beynəlxalq müşahidəçilərin qiymət verəcəyini bildirib. Onun sözlərinə görə, bu zaman bütün seçki kampaniyası da daxil olmaqla, bütövlükdə seçki prosesinə qiymət veriləcək. O qeyd edib ki, ATƏT seçki kampaniyasının gedişatı zamanı vaxtaşırı bəyanatlarla çıxış edəcək. Azərbaycanda seçki qanunvericiliyinə düzəlişlər edildiyini bildirən Semnebi, bununla belə, qanunların təcrübi tətbiqi zərurətini qeyd edib. O, toplaşmaq azadlığı və media azadlığı sahəsində işlərin gücləndirilməsi zərurəti olduğunu da qeyd edib. Semnebi seçkilərin bir sıra müxalif qüvvələr tərəfindən boykot olunmasını şərh etməyib, yalnız “seçkilərdə bütün partiyaların iştirak etməyəcəyindən təəssüf etdiyini” bildirib. Semnebi həmçinin Aİ-nin Azərbaycanla energetika sahəsində əməkdaşlıqda maraqlı olduğunu bildirərək, payızda bu istiqamətdə bir sıra “mühüm” görüşlər keçiriləcəyini bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar