SON XƏBƏRLƏR

METYU BRAYZA DAĞLIQ QARABAĞA MÜSTƏQİLLİK VERİLƏ BİLƏCƏYİNİ DEDİ_“Referendumda ermənilər müstəqil olmağı, yoxsa Azərbaycanın tərkibində qalmağı özləri müəyyən edəcəklər”

2021.10.20, 07:36
METYU BRAYZA DAĞLIQ QARABAĞA MÜSTƏQİLLİK VERİLƏ BİLƏCƏYİNİ DEDİ_“Referendumda ermənilər müstəqil olmağı, yoxsa Azərbaycanın tərkibində qalmağı özləri müəyyən edəcəklər”

Gunaz.tv
METYU BRAYZA DAĞLIQ QARABAĞA MÜSTƏQİLLİK VERİLƏ BİLƏCƏYİNİ DEDİ “Referendumda ermənilər müstəqil olmağı, yoxsa Azərbaycanın tərkibində qalmağı özləri müəyyən edəcəklər” “Dağlıq Qarabağ sakinləri müstəqil olmaq, yoxsa Azərbaycanın tərkibinə qayıtmaq barədə özləri qərar verəcəklər”. “İnterfaks” agentliyinin məlumatına görə, bu açıqlama ilə dünən Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında aparılan danışıqlardan sonra Minsk Qrupunun amerikalı həmsədri, dövlət katibinin köməkçisi Metyu Brayza çıxış edib. Brayza əlavə edib ki, Dağlıq Qarabağda referendum olacaq və regionun statusu orada müəyyən ediləcək. Brayzanın açıqlması Abxaziya separatçılarının lideri Sergey Baqapşı da ruhlandırıb. Baqapş “İnterfaks” agentliyinə açıqlamasında deyib: “Mən Dağlıq Qarabağın gələcək statusunun referendumda müəyyən ediləcəyini deyən ABŞ dövlət katibinin köməkçisinin mövqeyini ancaq alqışlaya bilərəm. Bu bəyanatdan çıxış edərək ABŞ-ı müstəqilliyin tanınması məsələsində Abxaziya və Cənubi Osetiyadakı referendumların nəticəsini nəzərə almağa çağırıram”. Siyasət şöbəsi musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar