SON XƏBƏRLƏR

Bağışlama bizi, Vətən_Rəsmiyyə Sabir

2021.10.20, 07:36
Bağışlama bizi, Vətən_Rəsmiyyə Sabir

Gunaz.tv
Rəsmiyyə Sabir Bağışlama bizi, Vətən Unutduq tarixi, ötən zamanı, Unutduq torpağa tökülən qanı, Unutduq fərqini yaxşı - yamanın, Bağışlama bizi, Vətən! Görsək də köksünə batan qılıncı, Başımız altına qoyduq balıncı, Doğrandın, bölündün sən xıncım - xıncım, Bağışlama bizi, Vətən! İşimiz - peşəmiz oldu ahü - zar, Fəryad səsimizdən fələk də bezar, Ölməmiş səninçün qazıdıq məzar, Bağışlama bizi, Vətən! Aldatdı divləri çoxbilmiş cırtdan, Ayıra bilmədik quzunu qurddan, Hamı candan keçdi, biz isə yurddan, Bağışlama bizi, Vətən! Səni əsir ikən qoymuşuq darda, Cəngavər ruhumuz hardadır, harda? Qoynuna gəlmədik, of, bu bahar da, Bağışlama bizi, Vətən! Günəş içimizdə eyləyib qürub, Sərhədsiz səbrimiz illəri yorub, Yollar yetim kimi boynunu burub, Bağışlama bizi, Vətən! Həsrətdən yanıbdır o qara bağrın, Ağlamaqdan kordu neçə bulağın, Axır yarasından qan Qarabağın, Bağışlama bizi, Vətən! Qəfəsə salıblar quş qəlbimizi, Didir peşmançılıq, "kaş" qəlbimizi, Məzar daşı eylə daş qəlbimizi, Bağışlama bizi, Vətən! Hələ ki, vicdanlar qoyulub dincə, Köksünü ötürür məğrur Əlincə, Sənin ayağına biz gəlməyincə, Bağışlama bizi, Vətən! Bağışlama bizi, Vətən! azadtribun

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar