SON XƏBƏRLƏR

İran uranı zənginləşdirmək üzrə inhisarı pozduğu üçün sanksiyalara məruz qalır – İranın Məsləhət Şurasının rəhbəri

2021.10.20, 07:36
İran uranı zənginləşdirmək üzrə inhisarı pozduğu üçün sanksiyalara məruz qalır – İranın Məsləhət Şurasının rəhbəri

Gunaz.tv
İran uranı zənginləşdirmək üzrə inhisarı pozduğu üçün sanksiyalara məruz qalır – İranın Məsləhət Şurasının rəhbəri İran İslam Respublikasına qarşı sabotaj və mənfi münasibətin səbəbi bu ölkənin uranı zənginləşdirmək üzrə inhisarı pozması ilə əlaqədardır, – deyə İranın Məsləhət Şurasının rəhbəri Haşimi Rəfsəncanı bildirib. O əlavə edib ki, bu məsələ heç də bəsit deyil, əksinə, müharibədən də çətindir. Bu barədə İranın «İRNA» agentliyi məlumat yayıb. Rəfsəncani bildirib ki, yüksək texnologiyalara malik ölkələrin (hi-tech) qurduğu çevrəyə hər hansı bir digər ölkə daxil olmaq istəsə, dərhal ona qarşı sanksiyalar tətbiq edilir. «Biz öz müqavimətimizi və səylərimizi artırmalı, eyni zamanda, tədbirli olmalıyıq», - deyən Rəfsəncani əlavə edib ki, İran atom silahı istehsal etmək niyyətində deyil və bunu İraqla müharibədə sübuta yetirib. «Bizim kimyəvi maddələrdən zəhərlənmiş insanlarımız Avropada müalicə aldığı halda, bu silahların harada istehsal olunduğu məlum olur», – deyə Rəfsəncani bildirib. ucnoqta

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar