SON XƏBƏRLƏR

İlin əvvəlindən skinhedlər Rusiyada 6 azərbaycanlı öldürüb

2021.10.20, 07:36
İlin əvvəlindən skinhedlər Rusiyada 6 azərbaycanlı öldürüb

Gunaz.tv
İlin əvvəlindən skinhedlər Rusiyada 6 azərbaycanlı öldürüb Bu ilin əvvəllərindən Rusiyada ksenefobiya və irqçilik zəminində 73 nəfər öldürülüb. Onların arasında 6 azərbaycanlı da var. Bu barədə «İnterfaks»a Moskvada insan haqları bürosunun direktoru Aleksandr Brod məlumat verib. Onun sözlərinə görə, bu cür hallara ən çox paytaxt Moskvada rast gəlinir. Belə ki, skinhedlərin hücumları nəticəsində bu şəhərdə 36 nəfər qətlə yetirilib. 100-dən çox adam isə yaralanıb. İkinci yerdə isə Sankt Peterburq şəhəri gəlir. 16 ölü, azı 25 yaralı. Hücuma məruz qalanların çoxu özbəklərdir. 12 ölü, 17 yaralı. Növbəti yerlərdə isə qırğızlar (10 ölü, 5 yaralı), taciklər (6 ölü, 33 yaralı) və azərbaycanlılardır (6 ölü, 10 yaralı). Bu siyahıda rusların da adı var. Belə ki, ilin ilk 7 ayı ərzində ksenefobiya nəticəsində 5 rus öldürülüb, daha 30 nəfər isə xəsarət alıb. Qeyri-rəsmi məlumatlara görə, hazırda Rusiyada 60 minə qədər skinhed var.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar