SON XƏBƏRLƏR

İran Təhlükəsizlik orqanları Güney Azərbaycanın hüquq müdafiəçisi Həmid Valayini müvəqqəti azadlığa buraxmağa razılıq verib

2021.10.20, 07:36
İran Təhlükəsizlik orqanları Güney Azərbaycanın hüquq müdafiəçisi Həmid Valayini müvəqqəti azadlığa buraxmağa razılıq verib

Gunaz.tv
hamidvalayi.jpg İran Təhlükəsizlik orqanları Güney Azərbaycanın hüquq müdafiəçisi Həmid Valayini müvəqqəti azadlığa buraxmağa razılıq verib DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən bir müddət öncə Təbriz ETTELAAT məmurları tərəfindən həbs edilən və ağır fiziki işgəncələrə məruz qalan, işgəncə nəticəsində dişləri və ayağı sındırlan Güney Azərbaycan Milli hərəkat fəalı, hüquq müdafiəçisi çoxlu sayda hüquqla bağlı məqalələrin müəllifi Həmid Valayi müalicə üçün girov müqabilində müvəqqəti azadlığa buraxıla bilər. Soydaşımızın ailəsi və Güney Azərbaycanın əksər ziyalı əhalisi, hüquq müdafiəçilərinin çoxlu saylı müraciətləri nəticəsində faşist molla hakimiyyətinin ETTELAAT məmurları Həmid Valayinin işgəncə olduğunu qəbul etməsə də lakin onun müalicə olunmasına əngəl törədə bilməyib. Həbsdə olan zaman həbsxananın klinikasında müalicəsinin qarşısı alınan Həmid Valayi hal hazırda ağır durumda qalmaqdadır. Məhkəmə orqanları Həmid Valayini tibbi ekspertizaya aparılmasına icazə verməyib. Lakin girov müqabilində onun müvəqqəti azadlığa buraxılmasına razılıq verilib. www.dak.az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar