SON XƏBƏRLƏR

Ermənistan niyə Türkiyəyə can atır?

2021.10.20, 07:36
Ermənistan niyə Türkiyəyə can atır?

Gunaz.tv
Ermənistan niyə Türkiyəyə can atır? 082.jpg Ermənistanın Türkiyə siyasətinin açıqca dəyişməkdə olduğu müşahidə edilir. Təcavüzkar dövlətin rəhbərliyi son vaxtlar bəyanatlar verərək, rəsmi Ankara ilə ön şərtsiz əməkdaşlıq etməkdə qərarlılıqlarını göstərirlər. Prezident Serj Sərkisyan İrəvandakı son mətbuat toplantısında Türkiyə ilə əlaqələrin yaradılmasında sona qədər gedəcəklərini bildirib. O, İsveçrədəki gizli məsləhətləşmələrlə bağlı verilən suala sakit cavab verib. S.Sarkisyan bu kimi görüşlərin həmişə olduğunu, ancaq indi daha ciddi səviyyədə həyata keçirdiklərini deyib. Maraqlıdır ki, erməni tərəfi bu məsələyə öncəki qıcıqla yanaşmır. Hiss olunur ki, onların Türkiyə ilə yaxınlaşmaq istəkləri çoxdur. Nəyə görə Ermənistan bu kursa daha çox üstünlük verməyə başlayırğ Erməni psixologiyasında nələr dəyişir. Bunun bir neçə geosiyasi səbəbi olduğunu düşünürük. Burada ilk növbədə Ermənistan rəhbərliyinin ölkənin düşdüyü pis vəziyyətdən çıxış yolu aramasını göstərmək lazımdır. Ermənistan faktiki olaraq heç bir beynəlxalq layihədə iştirak etmir. Ermənilər son dərəcə ağır sosial-iqtisadi şəraitdə yaşayırlar. Açıq görünür ki, qonşularla münasibət qurmadan nəyəsə nail olmaq mümkün deyil. O biri tərəfdən də daxili imkanlar inikişafa imkan yaratmır. Türkiyə ilə əlaqələrin yaranması Ermənistanın çıxış yolu olardı. İkinci səbəb Türkiyənin özünün son vaxtlar sürətlə dəyişməsinə bağlıdır. Türkiyə rəhbərliyi həyata keçirdiyi əməliyyatlarla ölkədəki millətçi kəsimə zərbələr vurur. Onlar Türkiyəni daha müstəqil və qətiyyətli görmək istəyən və hərbi dairələri də əhatə edən hissəni küncə sıxışdırıblar. Türkiyədə daha çox Qərb təfəkkürlü və milli özgürlüyü ikincidərəcəli sayan kəsim qabağa çıxır. Onlar üçün milli maraqlar qlobal maraqlardan və iqtisadi səmərədən sonra gəlir. Təbii ki, bu, Türkiyənin dövlət olaraq müstəqillikdən imtina etməsi demək deyil. Ancaq son bir neçə ayda Türkiyədə 10-larla millətçi dərnək və qurum ləğv edilib. Müqayisə üçün deyək ki, Rusiyada ultramillətçi və faşist qruplar birləşirsə, açıq fəaliyyət göstərirsə, Almaniyada ultramillətçi qruplar işlərini görməkdə davam edirsə, Türkiyədə türklüklə bağlı hər şeyi arxa plana atırlar. Bu sırada erməni Hrant Dinkin öldürülməsi ilə bağlı hətta kəşfiyyat görəvlisini belə sorğu-suala tuturlar. Ermənistandan deportasiya edilən 100 minlərlə türkə görə ya türklərə qarşı törədilən çoxlu sayda terrora görə bir erməninin mühakimə olunduğunu xatırlamırıq. Hətta yazıçı Balayanı belə İnterpola vermirlər. Türkiyədəki proseslərlə Ermənistan və ya Rusiyadakı proseslərin fərqini yəqin ki, bu qısa müqayisədən aydınlaşdırmaq olar. Ona görə də ermənilər Türkiyəyə nüfuz etməyə və orada mövqelərini möhkəmləndirməyə təbii ki, çalışacaqlar. Onlar Türkiyədə möhkəmlənməklə gələcəkdə məqsədlərinə daha asan çatmaq iştahına düşüblər. Ermənistanın Türkiyə ilə əlaqələrə can atmasının səbəblərindən biri kimi Qərbin bölgəyə təsirinin artmasını göstərmək olar. Gürcüstanla bağlı baş verənlər göstərir ki, Qərb istədiyi vaxt aktiv müdafiəyə keçə bilər. Yəni Qafqazda Rusiyanın nüfuzu heç də mütləq deyil. Həm də proseslərin istiqaməti göstərir ki, Qərbin bölgəyə gəlişi qarşısını almaq mümkün olmayacaq. Bu isə Türkiyənin bölgədə statusunun daha da yüksəlməsi deməkdir. Ermənistanın Türkiyə ilə "ilkin şərtsiz" əlaqələr qurmağa çalışması arxasında həm də Azərbaycanı təkləmək niyyəti durur. Əgər Türkiyəni kənara çəkə bilsələr, Azərbaycanın mövqeyi xeyli zəifləyəcək. Ermənistan türk birliyinin getdikcə real cizgilər kəsb etdiyinin fərqindədir. Deməli, bu, həm də türk birliyinə qarşı yönələn addımdır. Təbii ki, bunun da arxasında böyük oyun durur. Nəhayət, Ermənistanı Türkiyəyə yönəldən səbəblər içərisində İran və Rusiya faktorunu vurğulamaq gərəkdir. İran ölkənin iqtisadi infrastrukturunda türklərə üstünlük verəcəyini bəyan edib. Rəsmi Tehran Türkiyə ilə əlaqələrin inkişafına xüsusi fikir verməkdədir. Rusiya isə enerji də daxil geniş bir sahədə Türkiyə ilə əlaqələri sürətlə inkişaf etdirir. O, Türkiyənin geosiyasi məsələlərdə fərqli mövqe tutmağa başlaması fürsətini əldən vermək istəmir. Bunların kölgəsində Ermənistanın da Ankaraya sığınması tamamilə gözləniləndir. Bütün bunlar Ermənistanın məntiqidir. Ancaq reallıq odur ki, Türkiyə "soyqırım" və Dağlıq Qarabağ məsələsində ədalət bərpa edilməyincə, Ermənistanla əlaqə qurmayacaq. Ona görə də rəsmi İrəvanın səmimi olmaqdan başqa yolu qalmayacaq. Bu səmimiyyətin ilk göstəricisi isə Azərbaycan torpaqlarını tərk etmək olacaq. Ermənilər buna hazırdırlarmığ Hesab edirik ki, hələ yox. Orxan Güneyli

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar