SON XƏBƏRLƏR

Radovan Karaciç Haqa Tribunalına çıxarıldı

2021.10.20, 07:36
Radovan Karaciç Haqa Tribunalına çıxarıldı

Gunaz.tv
Radovan Karaciç Haqa Tribunalına çıxarıldı Axtarışı 13 il əvvəl elan ediləndən sonra Bosniya serblərinin sabiq lideri Radovan Karaciç BMT-nin hərbi cinayətlər üzrə Haqa Tribunalına çıxarılıb. Cənab Karaciç məhkəməyə çıxarılarkən üzü qırxılmış idi. Onun əynində qara kostyum var idi. Hakim Alfons Orie ona qarşı irəli sürülən ittihamların icmalını oxuyub. Buraya soyqırım, insanlığa qarşı və hərbi cinayətlər ittihamları daxildir. Siyahıya Srebrenitsada Bosniya serb qüvvələri tərəfindən minlərlə dinc sakinin qətlə yetirilməsi, Sarayevoya raket zərbələrinin endirilməsi, bu proses zamanı şəhər sakinlərini qətlə yetirmək və terrora məruz qoymaq da aid edilib. Cənab Orie deyib ki, cənab Karaciç Bosniya serb qüvvələri tərəfindən törədilən cinayətlərdən agah olub, amma onların qarşısını almaq üçün heç bir tədbir görməyib. Cənab Karaciç ilkin dinləmədə özünü təmsil edəcəyini bildirib. Amma o, gözəgörünməz məsləhətçisinin də olduğunu vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar