SON XƏBƏRLƏR

Türkiyə terrordan ən çox əziyyət çəkən ölkələr sırasında yeddincidir

2021.10.20, 07:36
Türkiyə terrordan ən çox əziyyət çəkən ölkələr sırasında yeddincidir

Gunaz.tv
Türkiyə terrordan ən çox əziyyət çəkən ölkələr sırasında yeddincidir 2008-ci ilin birinci yarısında Türkiyədə 71 terror aktı nəticəsində 38 nəfər ölüb, 88 nəfər yaralanıb Türkiyə, 2008-ci ilin ikinci yarısnda terror hadisələrindən ən çox əziyyət çəkən ölkələr arasında 7-ci yerdə qərarlaşıb. Bu müddətdə ölkədə 71 teror aktı nəticəsində 38 nəfər ölüb, 88 nəfər yaralanıb.Terorizmlə Mübarizə Mərkəzi (TMM) Komandanlığı tərəfindən ingilis dilində yayınlanmış 'Terrorist Fəaliyyətlərə ümumi baxış” adlı məqaləyə görə, 2008-ci ilin birinci yarısında dünya miqyasında 2396 teror aktı baş verib. Bu teror aktları nəticəsində 4204 nəfər həlak olub, 7614 nəfər yaralanıb. Rəsmi rəqəmlərə görə isə, 319 nəfər terrorçular tərəfindən qaçırılıb. 2008-ci ilin ikinci yarısında ən çox terror aktının baş verdiyi ölkə isə İraqdır. Bu müddətdə İraqda vaş vermiş 857 terror hadisəsi zamanı 575 nəfər həlak olub 3247 nəfər yaralanıb. Dünyada baş vermiş terror aktalarının 35%-i, ölümlə nəticələnən terror aktlarının 37%-i, yaralnma ilə nəticələnən terror aktlarının isə 42% bu ölkədə baş verib. 2008-ci ilin birinci yarısında ən çox terror aktlarının törədildiyi ölkələr belə sıralanır: 'İraq(857), Əfqanıstan (334), Şri Lanka (327), Pakistan (216), Hindistan (195), Somali (112), Türkiyə (71), Tailand (55), Nepal (44) və İsrail (31).' Türkiyədə 2008-ci ilin birinci yarısında əksər hissəsi PKK tərəfindən həyata keçirilən terror aktlarının ən çox baş verdiyi yer isə Şırnak rayonu olub. Burada 17 terror aktı nəticəsində 9 nəfər həlak olub, 18 nəfər yaralanıb. Bu müddətdə ən ölümcül terror aktı isə 9 may 2008-də Hakkaridə meydana gəlib. PKK terrorçularının Hakkaridə polis mərkəzinə hücumu nəticəsində baş vermiş atışmada 6 əsgər şəhid olub, 20 terrorçu öldürülüb. /ANSPRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar