SON XƏBƏRLƏR

Makkeyn Obamanı Spirsə bənzətdi

2021.10.20, 07:36
Makkeyn Obamanı Spirsə bənzətdi

Gunaz.tv
Makkeyn Obamanı Spirsə bənzətdi ABŞ prezidentliyinə namizəd, respublikaçı senator Con Makkeynin seçki qərargahı dünən yeni televiziyaçarxını efirə buraxıb. Burada respublikaçıların rəqibi, qaradərili demokrat Barak Obama pop-ulduzlar Britni Spirs və Peris Hiltonla müqayisə olunur. Beləliklə də Obamanı dünyanın və amerikalıların yalnız media-piarla reklam vasitəsilə tanıdığına işarə vurulur. Demokrat Partiyasının namizədi Barak Obamanın qərargahı dərhal reaksiya verərək bildiriblər ki, "belə işarələr əsassız və yalandır". Makkeynin "Məşhur" ("Celeb") adlı reklam çarxı səsvermənin nəticələri üçün ən önəmli 11 ştatda nümayiş etdirilir. Videoda Barak Obamanın Avropaya səfərindən kadrlar qalmaqallı davranışları ilə məşhur olan Britni Spirs və Peris Hiltondan bəhs edən videkadrlarla müşaiyət olunur. "O dünyaca məşhur adamdır. Bəs bu adam ölkəni idarə etməyə hazırdırmı? Demokrat namizəd prezident seçilərsə vergiləri artıracaq, sahilyanı şelfdə neft yataqlarının istismarını qadağan edəcək", - kadrarxası səs deyir. Seçkiqabağı səfərlə Missuri ştatında olan Barak Obama isə tövrünü pozmayıb: "Makkeyin belə davranışı mənim üçün təzə xəbər deyil. Yaxşısı budur ondan nəyə qarşı çıxış etdiyini yox, nəyi dəstəklədiyini soruşaq". express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar