SON XƏBƏRLƏR

HƏMAS liderinin oğlu xristianlığı qəbul edib

2021.10.20, 07:36
HƏMAS liderinin oğlu xristianlığı qəbul edib

Gunaz.tv
HƏMAS liderinin oğlu xristianlığı qəbul edib Fələstinin radikal HƏMAS təşkilatının liderlərindən birinin- Həsən Yusufun oğlu Masab Yusuf xristianlığı qəbul edib və yaşamaq üçün ABŞ-a gedib. Hazırda özünü Cozef adlandıran Masab Kaliforniyada yaşayır, mömin xristian kimi həyat tərzi keçirir və İsa Məsihi təbliğ edir. İsrail qəzetlərinin xəbərinə görə, Masab-Cozef İsraili sevir və ona xəbərdarlıq edib:"Yəhudilər başa düşməlidirlər ki, onlarla HƏMAS arasında heç vaxt sülh olmayacaq. HƏMAS-ın əsaslandığı ideologiya heç vaxt ona İsrail ilə sülh bağlamağa imkan verməyəcək. HƏMAS inanır ki, Məhəmməd Peyğəmbər yəhudilərlə vuruşub və onlar da yəhudilər məhv edilənədək öz mübarizələrini davam etdirməlidirlər".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar