SON XƏBƏRLƏR

Axısxa türkləri Gürcüstana köçür

2021.10.20, 07:36
Axısxa türkləri Gürcüstana köçür

Gunaz.tv
Axısxa türkləri Gürcüstana köçür Ülviyyə Axısxa türklərinin "Vətən" Cəmiyyətinin sədri İbrahim Bürxanov Gəncədə keçirdikləri tədbirdə bildirib ki, onlar 1944-cü il iyulun 31-də kommunist diktatoru Stalinin əmri ilə bir günün içərisində qatara doldurularaq Sibirə, Orta Asiyaya sürgün ediliblər. 64 illik doğma yurda dönüş mücadiləsi artıq öz bəhrəsini verməyə başlayıb və Axısxalı Türklərə vətənlərinə dönmək üçün icazə verilib: "Nəhayət ki, uzun sürən ağır və məşəqqətli mücadilə nəticəsində Gürcüstan dövləti 11 iyul 2007-ci il tarixində, 20-ci əsrin 1940-cı illərində keçmiş Sovet İttifaqının Gürcüstandan zorla köçürülən şəxslərin repatriasiyası (vətənə qayıtma) haqqında qanun qəbul edib. Gəncə və onun ətrafında yaşayan insanlarımıza köç etmənin prosedurlarını izah etdik". İbrahim Bürxanov vurğulayıb ki, köç prosedurunu asanlaşdırmaq məqsədi ilə Gəncə şəhərində də ofis yaradılacaq. Gəncə və ətraf rayonlarda yaşayan 15-16 min əhali həmin ofisə müraciət edərək ərizə və anketlərini təqdim edəcəklər: "Artıq bu prosesə başlanılıb, 46 ailə doğma torpaqlarına qayıdaraq orada məskunlaşıb və köçmək üçün daha 2 min nəfər cəmiyyətə ərizə ilə müraciət edib. Repatriasiya statusu almaq üçün biz ərizələrə baxdıqdan sonra onları hüquq mərkəzindən və notariusdan keçiririk. Daha sonra isə ingilis dilinə tərcümə edib, Gürcüstan səfirliyinə təqdim edirik. Köç prosesi uzun müddət davam edəcək. Ərizə anketlərinin doldurulması bu il dekabrın 31-ə kimi tamamlanacaq və ondan sonra onların vətənə köç prosesi başlayacaq". Nəzərinizə çatdıraq ki, Azərbaycanda əvvəllər Axısxa türkləri 106 min nəfər olub. Onların bəziləri xarici ölkələrə köçdüklərindən hazırda ölkəmizdə 70 min Axısxa türkü qalıb. xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar