SON XƏBƏRLƏR

NATO-nun Əfqanıstanda hücumu zamanı 20 taliban döyüşçüsü öldürülüb

2021.10.20, 07:36
NATO-nun Əfqanıstanda hücumu zamanı 20 taliban döyüşçüsü öldürülüb

Gunaz.tv
NATO-nun Əfqanıstanda hücumu zamanı 20 taliban döyüşçüsü öldürülüb afghanistan-region-ghazni-190-x-190_1.jpg NATO qüvvələrinin Əfqanıstanın mərkəzində həyata keçirdiyi əməliyyat zamanı 20 taliban döyüşçüsü qətlə yetirilib. Hücum dünən Qəzni vilayətində NATO əsgərlərinin yaralanması ilə nəticələnmiş yol kənarı bomba partlayışından sonra həyata keçirilir. Bununla yanaşı, Herat şəhərində Pakistanın konsulluğu qarşısında velosipeddə yerləşdirilmiş bombanın partlaması nəticəsində bir polis gözətçisi və bir mülki vətəndaşın yaralandığı xəbər verilir. NATO-nun sözçüsü dünən bildirib ki, Pakistan və taliban yaraqlıları arasında sülh razılığının əldə edilməsindən sonra Əfqanıstanda yaraqlıların fəaliyyətinin 40 faiz artdığı müşahidə olunur. Əfqanıstanın Müdafiə nazirliyinin sözçüsü general Zahir Əzimi deyib ki, yaraqlılar indi hücumlar zamanı təhlükəsizlik qüvvələri deyil, infrastrukturu hədəf alırlar. voa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar