SON XƏBƏRLƏR

Radovan Karaciç özünü müdafiə edəcəyini bildirib

2021.10.20, 07:36
Radovan Karaciç özünü müdafiə edəcəyini bildirib

Gunaz.tv
Radovan Karaciç özünü müdafiə edəcəyini bildirib beta_karadzic_serbia_31jul08_190.jpg Bosniyanın sabiq serb lideri Radovan Karaciç bu gün genosid ittihamı ilə Haaqa hərbi tribunalı qarşısına çıxarılmazdan əvvəl ilk çıxışını edib. Karaciç hərbi tribunalın təklif etdiyi vəkildən imtina edərək bildirib ki, o, özü-özünü müdafiə edəcək. Karaciç ona qarşı 1992-95-ci illərdə Bosniya-Herseqovinada qeyri-serblərə qarşı genosid, bəşəriyyətə qarşı və müharibə cinayətləri ittihamlarına qarşı özünü müdafdiə edəcək. Qeyd edək ki, 12 ildən çox bir müddətdə axtarışda olan Karaciç bir həftə bundan əvvəl Serbiya polisi tərəfindən həbs edilmiş və dünən Haaqaya gətirilmişdir. VOA

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar