SON XƏBƏRLƏR

Türkiyənin milyarder xanımları

2021.10.20, 07:36
Türkiyənin milyarder xanımları

Gunaz.tv
Türkiyənin milyarder xanımları "Forbes" jurnalı milyarder qadınları yaşlarına görə "saf-çürük" edərək onların ən gənclərinin siyahısını tərtib edib. Reytinqə Livanın qətlə yetirilmiş baş naziri Rafiq əl-Həririnin 24 yaşlı qızı Haind Hayriri başçılıq edir. Bu yaxınlarda Beyrutdakı Livan-Amerika Universitetini bitirən H.Hayriri dünyanın ən cəlbedici və arzu olunan gəlinlərindən biri sayılır. Siyahıda ikinci yeri 26 yaşlı çinli Yanq Xiyanq tutur. Reytinqdə yaşları 30-dan bir qədər artıq olan 5 qadın-milyarder var ki, onların 4-ü türkdür. Onların da üçü Türkiyənin mediabaronu Aydın Doğanın qızlarıdır. Qızlardan ən böyüyünün - 37 yaşlı Vüsat Doğan Sabançının Amerikanın nüfuzlu "The New York Times" və "The Wall Street Journal" qəzetlərində payı var. Kiçik qızlarsa atalarının şirkətində - Doğan Holdinq-də rəhbər vəzifələr tuturlar. "Forbes" yazır ki, qadın milyarderlərin əksəriyyəti milyarder valideynlərinin varisləridir -------------------------------------------------------------------------- Hindistanda qatarın yanması nəticəsində 20 nəfər həlak olub Hindistanın cənubunda qatarın alışması nəticəsində ilkin məlumatlara görə 20 nəfər həlak olub. Bir Polis məmuru qatarın Andra Pradeş əyalətinin mərkəzi olan Heydərabad şəhərinə 200 km uzaqlıqda olarkən alışdığını, yanğında 4 nəfərin yaralandığını bildirib. Yanğından xəbər tutan sərnişinlər qatarı saxladıblar, çox sayda sərnişin qatardan özünü atıb. Polis məmuru, yanğının qatarın naqillərindəki qısa qapanma nəticəsində baş verdiyi ehtimalının böyük olduğunu bildirib. Bölgədəki qatar səfərlərinin təxirə salındığı bildirilir. Hadisə ilə əlaqədar olaraq araşdırma aparılır. ANS PRESS 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar