SON XƏBƏRLƏR

Azərbaycan və Gürcüstan birgə informasiya portalı hazırlayır

2021.10.20, 07:36
Azərbaycan və Gürcüstan birgə informasiya portalı hazırlayır

Gunaz.tv
Azərbaycan və Gürcüstan birgə informasiya portalı hazırlayır Azərbaycan və Gürcüstan hökumətləri iki ölkənin ixrac imkanları haqqında informasiya xarakterli birgə internet portalı hazırlayır. Portal Azərbaycanın ixrac imkanları haqqında kataloq çapdan çıxdıqdan sonra təqdim olunacaq. Lent.az xəbər verir ki, ixrac kataloqunun bazasında yaradılan veb-sayt axtarış sistemi ilə də təchiz ediləcək. Azərbaycanın ixrac imkanları haqqında kataloqun təqdimatı sentyabrın əvvəllərinə nəzərdə tutulub. Kataloqa təxminən 70 şirkət daxildir. İxrac kataloqunun başlıca ideyası ölkənin gələcək inkişafını təmin etmək məqsədi ilə yerli rəqabətədavamlı malları təşviq etmək, xaricdə yeni bazarlar və işgüzar tərəfdaşlar axtarmaq, habelə dünya bazarlarında rəqabət qabiliyyətli məhsul istehsal etmək üçün yerli şirkətləri stimullaşdırmaqdır. Layihə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu ilə Avrasiya Fondunun dəstəyi ilə gerçəkləşdirilir. Elxan SALAHOV LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar