SON XƏBƏRLƏR

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

2021.10.20, 07:36
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Gunaz.tv
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub 20080730112222_1.jpg Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 29-u axşam saatlarından başlayaraq iyulun 30-u səhərə kimi fasilələrlə atəşkəs rejimini pozublar. Erməni ordusu saat 23:25-dən 23.30-dək Ermənistanın Berd rayonunun Mosesqex kəndi ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Əlibəyli kəndi ərazisində yerləşən mövqelərini, eləcədə saat 20.10-dan 20.25-dək Goranboy ərazisindəki adsız yüksəkliklərdə, saat 22.25-dən 22.35-dək Xocavəndin Kuropatkino kəndi, saat 23.15-dən 23.25-dək Füzulinin Alxanlı kəndi, iyulun 30-da saat 02.45-dən 04.45-dək isə Tərtər rayonunun Qızıl Oba kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bütün hallarda düşmən cavab atəşilə susdurulub, itki yoxdur. 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar