SON XƏBƏRLƏR

Türkiyə Hərbi Hava Qüvvələri PKK-ya ağır zərbə vurub

2021.10.20, 07:36
Türkiyə Hərbi Hava Qüvvələri PKK-ya ağır zərbə vurub

Gunaz.tv
Türkiyə Hərbi Hava Qüvvələri PKK-ya ağır zərbə vurub 20080730110521_1.jpg "Yeni Şərq"in ANS PRESS-ə istinadən verdiyi məlumata əsasən, Türkiyə Hərbi Hava Qüvvələri Şimali İraqdaki Qəndil dağında PKK terrorçularının sığınacaqlarını bombalayıb. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından verilən rəsmi açıqlamaya görə, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr bu gün terrorçuların qərargah kimi istifadə etdikləri mağaralara zərbələr endirib. Keçirilən əməliyyatlar nəticəsində bütün mağaralar dağıdılaraq istifadəsiz hala gətirilib, bombalama nəticəsində çökən mağaralarda və açıqda olan, sayı bilinməyən terrorçular zərərsizləşdirilib. Bundan başqa, Zap ərazisində müəyyənləşdirilən bir hədəf də qırıcı təyyarələr tərəfindən bombalanıb. Qərargahdan verilən məlumata görə, əməliyyatı başa vuran hərbçilər sağ-salamat qərargaha geri qayıdıblar. Xatırladaq ki, Türkiyə höküməti son zamanlar terrorçulara qarşı bir sıra uğurlu əməliyyatlar keçiriblər. Terrorçular isə öz növbələrində dinc əhalini qətlə yetirməklə rəsmi dairələri bir qədər də qətiyyətli olmağa sövq edirlər. Yeni Şərq 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar