SON XƏBƏRLƏR

Geosiyasi amillər Qarabağ münaqişəsinin həllinə mənfi təsir göstərir

2021.10.20, 07:36
Geosiyasi amillər Qarabağ münaqişəsinin həllinə mənfi təsir göstərir

Gunaz.tv
Geosiyasi amillər Qarabağ münaqişəsinin həllinə mənfi təsir göstər Dünən ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Heykki Talvitiyenin Azərbaycana ikigünlük rəsmi səfəri başlayıb. Səhər Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla yarımsaatlıq görüş keçirən diplomat danışıqlar başa çatdıqdan sonra bildirib ki, görüşdə əsasən, qarşıdan gələn prezident seçkiləri və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair müzakirələr aparılıb. O, mətbuata əlavə şərh verməkdən imtina edib və bildirib ki, prezident İlham Əliyevlə danışıqlardan sonra mətbuat konfransı keçirəcək. Azərbaycan XİN-in mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Məmmədyarovla görüşündə MDB məkanında dondurulmuş münaqişələrə toxunan Talvitiye Dağlıq Qarabağ məsələsinə dair fikirlərini bölüşərək, regionda bir sıra geosiyasi amillərin münaqişənin tənzimlənməsinə mənfi təsir göstərdiyini qeyd edib. Öz növbəsində, Məmmədyarov regionda sabitliyin və etimadlı tərəfdaşlıq münasibətlərinin hər bir regional iştirakçının marağında olduğunu qeyd edərək, Azərbaycanın öz qonşusunu etibarlı və inkişaf edən ölkə kimi görmək istədiyini diqqətə çatdırıb. Bu baxımdan, Ermənistan-Azərbaycan münaqişəsinin mərhələli həllinin hər iki münaqişə tərəfi üçün əhəmiyyətini vurğulayan nazir Ermənistan tərəfini də buna inandırmağı vacib sayıb. Prezident İlham Əliyevin səfir Heyke Talvitiye ilə görüşündə isə Azərbaycanla ATƏT arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb. Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb (AzərTAc). Dünən ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi müxalifət partiyalarının - Müsavat, AMİP və "Azadlıq" blokuna daxil olan partiyaların nümayəndələri də ilə görüş keçirib. Azərbaycan Liberal Partiyasının rəhbəri Əvəz temirxan "1news.az" saytına bildirib ki, görüşdə ölkədəki ictimai-siyasi situasiya, müxalifətin qarşıdakı seçkiyə münasibəti, Azərbaycan hökumətinin insan haqları və azadlıqları ilə bağlı öhdəliklərini necə yerinə yetirməsi müzakirə olunub. Talvitiyenin səfər proqramında KİV nümayəndələri ilə, həmçinin ATƏT ölkələrinin səfirləri ilə görüşlər var. Bu gün saat 18.30-da qonaq Landmark biznes mərkəzinin konfrans zalında mətbuat konfransı keçirəcək. Xatırladaq ki, ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Aleksandr Stab həmyerlisi Heykki Taltiviyeni bu yaxınlarda özünə "donduruluş münaqişələr" və Cənubi Qafqazda siyasət üzrə xüsusi nümayəndə təyin edib. Talvitiye vaxtı ilə ATƏT-in Minsk Konfransının sədri olub, 2004-2006-cı illərdə isə Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi vəzifəsində çalışıb. Səfər ərəfəsində "Ekspress"ə açıqlama verən Talvitiye Azərbaycanı Ermənistanı öz iqtisadi proqramlarına cəlb etməyə çağırmışdı:"Əgər Cənubi Qafqaz regionu iqtisadi zona kimi fəaliyyət göstərərsə, o zaman daha çox xarici investor bu regionda işləməyə maraq göstərəcək". X.Rüstəm express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar