SON XƏBƏRLƏR

PKK-da "xain ovu"

2021.10.20, 07:36
PKK-da "xain ovu"

Gunaz.tv
PKK-da "xain ovu" Türkiyə Silahlı Qüvvələrinin apardığı əməliyyatlar nəticəsində ağır zərbələr alan PKK maliyyə mənbələrinin çoxunu itirməklə yanaşı, pul baxımından ciddi çətinliklərlə üzləşib. Kürdlərin terror təşkilatının "əməliyyat büdcəsi"nin önəmli payını götürüb qaçan "Mahir Velat" ləqəbli Numan Uçarın isə Rusiyada olduğu müəyyənləşdirilib. PKK-nın Rusiyadakı təmsilçilərindən olan Uçar oğurladığı pulları inşaat biznesinə yatırıb. PKK lideri Abdulla Ocalanın Suriyaya qaçmasından sonra onu əvvəlcə Rusiyaya gətirdən, sonra isə "Apo"nu gizlədə bilmədiyi üçün PKK-nın "xain" elan etdiyi Uçar terror təşkilatının ona Rusiyada kürd telekanalı və radiostansiyası qurmaq üçün verdiyi pulları mənimsəyib. İndi o, Rusiyada tikinti materialları alveri ilə məşğul olaraq qazandığı pullardan İraqdakı "Kürdüstan Demokrat Partiyası" və "Kürdüstan Vətənpərvərlər İttifaqı"na yollayır, PKK-ya alternativ qurum yaratmağa çalışır. PKK-nın yüksəkçinli funksionerlərindən olan Duran Kalkan "ROJ TV"-yə verdiyi müsahibəsində Uçarı "şərəfsiz" adlandırıb: "Bu adam agent və xain, Rusiya kəşfiyyatının himayə etdiyi yaramazdır. Abdulla Ocalan Moskvada olarkən Ermənistana yollanaraq orada Almaniya kəşfiyyatının nümayəndəsi ilə görüşdü və Ocalanın yaxalanmasında böyük rol oynadı. Bu adamı yox edəcəyik". PKK-nın faktiki lideri Murad Karayılan isə Uçarı aradan götürmək üçün Rusiyaya xüsusi dəstə yollamaqla yanaşı, "Kürdüstan Demokrat Partiyası" və "Kürdüstan Vətənpərvərlər İttifaqı"na xəbərlarlıq edərək bu şəxslə bütün əlaqələrin kəsilməsini istəyib. Xatırladaq ki, PKK-nın Avropa təmsilçisi, "Kani Yılmaz" ləqəbli Faysal Dunlayıcı da Abdulla Ocalan üçün Avropa Birliyi ərazisində sığınacaq tapa bilmədiyi üçün "xain" elan olunmuşdu. Daha sonra PKK-nın $100 milyonunun da götürüb qaçan Dunlayıcı PKK liderinin kiçik qardaşı Osman Ocalanla birlikdə "Vətənpərvər Demokrat Partiya" adlı təşkilat qurmağa çalışmış, eyni zamanda biznesə də atılmışdı. Lakin Murat Karayılanın göndərdiyi xüsusi dəstə onu ailəsi ilə birlikdə maşında partlatmışdı. H.Bakuvi express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar