SON XƏBƏRLƏR

“İRƏLİ” Ümumrespublika Gənclər Hərəkatı Türkiyədə baş vermiş terror aktı ilə bağlı aksiya keçirib

2021.10.20, 07:36
“İRƏLİ” Ümumrespublika Gənclər Hərəkatı Türkiyədə baş vermiş terror aktı ilə bağlı aksiya keçirib

Gunaz.tv
“İRƏLİ” Ümumrespublika Gənclər Hərəkatı Türkiyədə baş vermiş terror aktı ilə bağlı aksiya keçirib Bakı – APA. Bu gün “İrəli” Ümumrespublika Gənclər Hərəkatı (ÜGH) Türkiyənin Azərbaycandakı səfirliyinin qarşısında İstanbulda baş vermiş terror aktına etiraz olaraq “Terrora etiraz” aksiyası təşkil edib. ÜGH-dən APA-ya verilən məlumata görə, aksiya iştirakçıları səfirliyin ətrafına qərənfillər düzərək terror aktı nəticəsində həlak olanların xatirəsini yad ediblər. Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc iştirakçılardan bir qrupunu qəbul edərək, verdikləri dəstəyə görə gənclərə təşəkkürünü bildirib. ÜGH aksiyanın qətnaməsini səfirə təqdim ediblər. Qətnamədə qeyd olunub ki, son vaxtlar dünyanın ayrı-ayrı ölkələrində törədilən terror hadisələri insanlığa qarşı törədilən böyük cinayətdir. Azərbaycan da erməni terrorundan əziyyət çəkən ölkələrdəndir. Ermənistan xüsusi xidmət orqanlarının təşkilatçılığı ilə Azərbaycan ərazisində törədilən terror aktları nəticəsində 2000 Azərbaycan vətəndaşı öldürülüb, on minlərlə insan yaralanıb: “Azərbaycan gəncləri Türkiyə əhalisinin acısını bölüşür, həlak olanların ailələrinə və yaxın adamlarına başsağlığı verir, xəsarət alanlara şəfa diləyirik”. apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar