SON XƏBƏRLƏR

Türkiyə təyyarələri Şimali İraqı bombalayır

2021.10.20, 07:36
Türkiyə təyyarələri Şimali İraqı bombalayır

Gunaz.tv
Türkiyə təyyarələri Şimali İraqı bombalayır Türkiyə Silahlı Qüvvələri PKK terror təşkilatının Şimali İraqdakı mövqelərinə daha bir zərbə endirib. Lent.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, bu barədə Kürdüstan Yurdsevərlər Birliyinin internet saytında məlumat verilib. Bildirilir ki, bu gün Türkiyə Hərbi Hava Qüvvələrinə aid 6 hərbi təyyarə Qəndil dağını bombalayıb. Əməliyyat bu gün yerli vaxtla saat 11 radələrində başlayıb və hələ də davam edir. Hələlik Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı bu barədə hər hansı rəsmi açıqlama yaymayıb. ----------------------------------------------------------------------- Karaciç Haaqaya gizli ekstradisiya olunur Radovan Karaciçin Haaqa tribunalına təslim edilməsi prosesi kütləvi informasiya vasitələrindən və bosniya serblərinin keçmiş liderinin tərəfdarlarından maksimum gizli şəkildə həyata keçirilir. Karaciçin nə vaxt Hollandiyaya göndəriləcəyini Serbiyada yalnız 10 nəfər biləcək. Bununla belə, Karaciçin ekstradisiyasının dəqiq vaxtı Hərbi cinayətlər üzrə Serbiya Məhkəməsinə onun vəkili Svetozar Vuyaçiçin poçtla göndərəcəyi apellyasiya məktubunun daxil olacağı vaxtdan asılıdır." Karaciçin Haaqa tribunalına təhvil verilməsini gecikdirmək üçün vəkil bunun üçün qanuni müddətin başa çatmasına 5 dəqiqə qalmış göndərib. Bazar ertəsi apellyasiya məktubu məhkəməyə daxil olmayıb. Şikayət daxil olduqdan sonrakı üç gün ərzində hakimin onu rədd edəcəyi gözlənilir. Bundan sonra Ədliyyə Nazirliyi Karaciçin Beynəlxalq tribuna təhvil verilməsi barədə orderi imzalayacaq. Serb canisinin cümə axşamına kimi Haaqa tribunalına təhvil veriləcəyi gözlənilir. Artıq orada Karaciç üçüq xüsusi kamera hazırlanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar