SON XƏBƏRLƏR

“Tacikistanda Azərbaycan mədəniyyəti günləri” keçiriləcək

2021.10.20, 07:36
“Tacikistanda Azərbaycan mədəniyyəti günləri” keçiriləcək

Gunaz.tv
“Tacikistanda Azərbaycan mədəniyyəti günləri” keçiriləcək Bu il noyabrın 10-16-da Düşənbədə “Tacikistanda Azərbaycan mədəniyyəti günləri” keçiriləcək. Bu barədə APA-ya Tacikistanın Azərbaycandakı səfirliyindən məlumat verilib. Hazırda tərəflər mədəniyyət günlərinin proqramını hazırlayırlar. Səfirlikdən, həmçinin bildirilib ki, bu ilin payızında Tacikistandan Azərbaycana nazirlər səviyyəsində bir neçə səfər gözlənilir. ---------------------------------------------------------------------- Azərbaycanın «Kuklalar»filmini beynəlxalq uğur gözləyir Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınan «Kuklalar» filmini , rejissorun sözlərinə görə, beynəlxalq kinofestivallarda və müsabiqələrdə uğur gözləyir. «Zənnimcə «Kuklalar» filminin həm mövzusu, həm akytor və rejissor işi yüksək səviyyədədir. Biz mütləq bu lent əsərini beynəlxalq müsabiqələrə göndərəcəyik, əminik ki, film qaliblər sırasında olacaq». Bu sözləri TrendLife-a əsərin rejissoru Elman Şeydayev söyləyib. «Hazırda filmin montaj işləri başa çatmaq üzrədir.Filmin ssenari müəllifi Çingiz Rəsulzadə, Ramiz Fətəliyevdir. «Biz filmi Azərbaycan dilində səsləndirməyi planlaşdırırıq. Sentyabrda isə nümayiş etdirmək niyyətindəyik»,-deyən E. Şeydayev sözlərinə əlavə edib. «Kuklalar»da baş verən hadisələr 1989-1990-cı illərdə cərəyan edir. Filmdə gənclərin taleylərindən danışılır. Əsərin qəhrəmanı məktəbi bitirən kimi ailəsini dolandırmaq üçün Milli parkda kuklarla işləməyə məcbur olur. Filmdə baş rollarda altı oğlan və iki qız oynayır. Onların yalnız biri proffesional aktrisadır, digərləri isə tələbələr, və orta məktəbi bitirən şagirdlərdir. Erməni rolunu Gənc Tamaşaçılar Teatrının aktyoru Vahid Əliyev, digər rollarda Mehriban Xanlarova, Xalidə Qasımova və başqaları çəkilib. trend

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar