SON XƏBƏRLƏR

Avropa Şurası Azərbaycandakı seçkiqabağı vəziyyətə dair bəyanat verəcək

2021.10.20, 07:36
Avropa Şurası Azərbaycandakı seçkiqabağı vəziyyətə dair bəyanat verəcək

Gunaz.tv
Avropa Şurası Azərbaycandakı seçkiqabağı vəziyyətə dair bəyanat verəcək herkelb.jpg Bakı. Tamara Qriqoryeva – APA. “Azərbaycanda seçkiqabağı situasiyanın pozitiv aspektlərindən biri seçkilərin bizim gözlədiyimiz kimi, oktyabrın 15-nə təyin olunmasıdır. Bu, bizim iş qrafikimizə uyğundur”. Bunu APA-ya açıqlamasında Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel deyib. O bildirib ki, Azərbaycanın Avropa Şurasının tənqidlərini dərk edərək bundan nəticələr çıxarmasının vaxtı çatıb. A. Herkel sentyabrın 16-17-də AŞ PA-nın 6 üzvünün Azərbaycana səfər edərək müxtəlif siyasi qüvvələrlə görüşlər keçirəcəyini bildirib. Onların müşahidələri əsasında sentyabrın sonunda Azərbaycandakı seçkiqabağı vəziyyətə dair Avropa Şurası adından bəyanat veriləcək. A. Herkel seçkidən beş gün əvvəl AŞ PA-nın 32 nəfərdən ibarət müşahidə missiyasının Azərbaycana gələcəyini də söyləyib. apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar