SON XƏBƏRLƏR

TÜRKİYƏ İRANLA QƏRB ARASINDA VASİTƏÇİLİYƏ BAŞLAYIB

2021.10.20, 07:36
TÜRKİYƏ İRANLA QƏRB ARASINDA VASİTƏÇİLİYƏ BAŞLAYIB

Gunaz.tv
TÜRKİYƏ İRANLA QƏRB ARASINDA VASİTƏÇİLİYƏ BAŞLAYIB Bu gün xarici işlər naziri Əli Babacan Tehrana gedəcək 17.jpg Türkiyə İranın nüvə probleminin həlli ilə bağlı Tehrana Qərb arasında vasitəçiliyə başlayıb. İran xarici işlər naziri Manuçehr Möhtəkinin Ankaraya səfərindən sonra onun türkiyəli həmkarı Əli Babacanın Tehrana gedəcəyi açıqlanıb. CNN Türk kanalının xəbərinə görə, Babacan Tehrana bu gün gedəcək. Onun səfərində əsas məqsəd İranın nüvə proqramları ilə bağlı müzakirələr aparmaqdır. Nazir ötən həftə Nyu Yorkda səfərdə olub və BMT-də müzakirələr aparıb. İyulun 20-də Cenevrədə aparılan danışıqlardan bir gün əvvəl İran xarici işlər naziri Ankarada olub və Türkiyə rəhbərləri ilə görüşüb. Bildirilir ki, Türkiyə ABŞ və Avropa Birliyinin istəyi əsasında İranın nüvə probleminin diplomatik yolla həlli üçün vasitəçilik edir. Türkiyəli analitiklərə görə Ankara hazırda İranın nüvə probleminin diplomatik yolla həllində ən çox maraqlı olan tərəflərdən biridir. Çünki məsələ diplomatik yolla həll edilməsə və ABŞ, yaxud İsrail İranın nüvə obyektlərinə zərbələr endirmək variantını seçsə, Türkiyə istər-istəməz iki qarşıduran tərəflərdən birinin yanında yer almalı olacaq. Xəbər verildiyi kimi, Cenevrə danışıqlarında ilk dəfə ABŞ dövlət katibinin müavini iştirak edib, bu danışıqlar zamanı İrana Avropa Birliyinin təkliflərini qəbul etmək üçün iki həftə vaxt verilib. Təkliflərə görə, İran zənginləşdirilmiş uran proqramını dondursa, Qərblə sərfəli əməkdaşlıq edə bilər. İran isə elan edib ki, nüvə proqramından bir addım da geri çəkilmək fikrində deyil. Bu baxımdan belə dalan vəziyyətində Türkiyənin vasitəçilik missiyasının hansı nəticələr verəcəyini təxmin etmək çətindir. Lakin belə görünür ki, İran vasitəçi kimi Türkiyəyə etibar edir və onunla müzakirələrə maraqlıdır. Tezliklə İran prezidenti Mahmud Əhmədinejadın da Ankaraya səfəri gözlənilir. F.Məmmədov musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar