SON XƏBƏRLƏR

Azərbaycan-Gürcüstan münasibətləri rusiyalı politoloqun gözü ilə

2021.10.20, 07:36
Azərbaycan-Gürcüstan münasibətləri rusiyalı politoloqun gözü ilə

Gunaz.tv
Tam anlaşma hələ yoxdur... Azərbaycan-Gürcüstan münasibətləri rusiyalı politoloqun gözü ilə Rusiyalı politoloq Sergey Markedonov Gürcüstan prezidenti Mixail Saakaşvilinin "Azərbaycan- Gürcüstanın müstəqilliyinin qarantıdır" bəyanatını şərh edib. Xatırladaq ki, iyulun 24-də Qars şəhərində Bakı-Tiflis-Qars (BTQ) dəmir yolunun Türkiyə ərazisindən keçən hissəsinin təməlqoyma mərasimindəki çıxışında Saakaşvili bildirmişdi ki, Azərbaycan həmişə Gürcüstanı çətin vəziyyətlərdə dəstəkləyib və "gürcü xalqı bunu heç zaman unutmayacaq". "1news.az" saytı bildirir ki, Markedonova görə, BTQ Azərbaycan və Gürcüstanın Rusiyadan asılılığının azaldılmasına, habelə "Ermənistan üçün özünəməxsus tələ"nin yaradılmasına yönəlib. Ekspert qeyd edib ki, Bakı və Tiflisi çox şey birləşdirir:"Həm Azərbaycan, həm də Gürcüstan ərazi bütövlüyünü bərpa etməkdə çətinlik çəkir". Digər tərəfdənsə, onların Rusiya ilə mürəkkəb münasibətləri var. "Məhz bu, iki dövləti əvvəlcə GUÖAM-da, sonra da GUAM-da birləşdirir, bu ölkələrin liderlərini strateji müttəfiqlik haqqında danışmağa vadar edir",-deyə Markedono bildirib. Bununla belə, rusiyalı ekspert hesab edir ki, "Bakı və Tiflis tam qarşılıqlı anlaşmadan hələ uzaqdırlar". Gürcüstan və Azərbaycan arasında tam anlaşmanın olmasına Rusiya və Qərbə münasibətdə ümumi baxış nöqtəsinin tapılmasının çətinliyi öz təsirini göstərir. Markedonova görə, Azərbaycan Gürcüstandan fərqli olaraq rəsmi səviyyədə "Rusiyanının qarşısını almaq" kimi sərt xətt yürütmür və təsadüfi deyil ki, Bakıya səfəri zamanı RF prezidenti Dmitri Medvedyev Azərbaycanı Rusiyanın Qafqazda strateji tərəfdaşı adlandırmışdı. Bundan başqa, Azərbaycanın Qərbə meyli Gürcüstandan fərqli olaraq məhdud çərçivədədir. Rusiyalı ekspert habelə "Gürcüstan azərbaycanlıları məsələsi"ni də Gürcüstanın problemlərindən biri kimi dəyərləndirir. O, azərbaycanlıların kompakt şəkildə yaşadığı Kvemo Kartli regionunda baş verən entik konfliktləri xatırlatmağı unutmayıb. Bununla yanaşı, Markedonov vurğulayıb ki, ermənilərdən fərqli olaraq Gürcüstanda yaşayan azərbaycanlılar özlərinə muxtariyyət tələb etmirlər. express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar