SON XƏBƏRLƏR

Türkiyə mətbuatı: Ankara-İrəvan gizli danışıqları Bakıda narahatlıq yaradıb

2021.10.20, 07:36
Türkiyə mətbuatı: Ankara-İrəvan gizli danışıqları Bakıda narahatlıq yaradıb

Gunaz.tv
Türkiyə mətbuatı: Ankara-İrəvan gizli danışıqları Bakıda narahatlıq yaradıb gul-sarkisyan.jpg Türkiyə və Ermənistan hökumətləri arasında aparılan gizli danışıqlar rəsmi Bakıda narahatlıq yaradıb. Lent.az-ın xəbərinə görə, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumatda bildirilir ki, iyulun 8-dən başlayan gizli danışıqlar və hər iki ölkədən münasibətlərin normallaşmasına dair səslənən açıqlamalar Azərbaycanın narazılığı ilə qarşılanıb. Azərbaycan hakimiyyətinin bu narazılığı Türkiyənin Bakıdakı səfirliyindən gələn məlumatlarda da öz əksini tapıb. Bu səbəbdən Türkiyə Xarici İşlər Nazirliyinin Siyasət Planlama Dairəsi rəsmi Bakının narahatlıqlarını aradan qaldırmaq üçün fəaliyyətə başlayıb. Məqsəd “Ankara İrəvanla yeni münasibətlər qurarsa, Bakını oyundan kənar vəziyyətdə buraxmayacaq” mövqeyini narazı tərəfə aşılamaqdır. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar