Zelenski Putinə məktub göndərdi
Geosiyasi fürsət: Hörmüz boğazının bağlanması və Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycanın əhəmiyyəti artır
Apple Rusiyanın “Max” tətbiqini App Store-dan çıxardı
Atəşkəs razılaşmasından sonra İsrailin Livanın cənubuna hücumları davam etdi
İranın 440 kiloqram zənginləşdirilmiş uranı haradadır? Agentlik Tehrandan təcili cavab istəyib
Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib
ABŞ-ın Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransından Azərbaycan liderinə təbrik ünvanlanıb
Xaməneinin dəfn mərasimi ilə bağlı xəbər təkzib edildi
"Hizbullah" Livan və İsrail arasında atəşkəs sazişini rədd edib
Qərbi Azərbaycan əyalətində silah-sursat aşkarlanıb
Böyük Britaniyada İranla əlaqəli olduğu bildirilən qətl planı üzrə yeniyetmənin məhkəməsi başlayıb
Beynəlxalq Əfv Təşkilatı İranda edamlara görə bəyanat yaydı
Qəzvindən olan azərbaycanlı fəal Suri Babayi Çəqini 3 il həbs cəzasına məhkum edilib
Həbsdə olan Müjdə Haşimi Bazərgani saxlanılarkən məruz qaldığı zorakılıq və təzyiqlərdən danışıb
Əhvazda 3 siyasi məhbus edam ediləcək
KİV: İranda vurulan ABŞ F-15E təyyarəsi ehtimal ki, Çin istehsalı raketlə vurulub
WSJ: Tramp yalnız ABŞ hərbçiləri həlak olacağı halda, İranla sazişdən imtina edəcək
Tehranda qadın rejissor həbs edilib
Rubio 2026-cı ildə Türküstan ölkələrinə səfər edəcək
Tramp: Memorandum imzalanan kimi Hörmüz boğazı açılacaq
Tramp: Vaşinqton və Tehran uranın çıxarılması prosesini birgə həyata keçirə bilər
Tramp: İranla razılaşma bu həftəsonu əldə oluna bilər
Rubio: ABŞ İranın uranın zənginləşdirilməsindən imtinası qarşılığında bütün sanksiyaları ləğv etməyəcək
İranda 40-dan çox etirazçı edam edilib
Bir neçə əyalətdə çörək yenidən bahalaşdı
İranda elektrik kəsintiləri yenidən başlayacaq
İranın nüvə proqramına xidmət edən gizli şəbəkə ifşa edildi
Vaşinqton hələ də Tehranın yekun cavabını gözləyir
El-Ninyo geri qayıdır; bu ilki qeyri-adi yağıntılar davam edəcəkmi?
Tramp Türkiyəyə səfər edəcək
İsrail Baş naziri İranda hakimiyyət dəyişikliyinin hələ də gündəmdə olduğunu deyir
BƏƏ İran hücumlarına vahid cavab verməyə çağırır
Küveyt İranın iki diplomatını arzuolunmaz şəxs elan edib
İranda manatın son məzənnəsi
Tramp Hörmüz boğazının blokadasının sentyabra qədər davam edə biləcəyini deyib
Tramp: ABŞ-ın İranla mübarizədə quru qoşunlarına ehtiyacı yoxdur
İran təhlükəsizlik məmurları iki mülki şəxsi öldürdü
Həmədanlı etirazçı edam edildi
Küveyt: İranın hücumu nəticəsində bir nəfər ölüb
15 ildən sonra Azərbaycan Sulduz (Nəqədə) bataqlığı daşıb
SEPAH Zəncanda “Polo restoranı”nı sahibinin həbsindən sonra hərraca çıxarıb
İran İraqın şımalında kürd bazalarını vurdu
“Binab kababı”nın qlobal qeydiyyatı üçün bəlgə hazırlanır
"Məsum insanların öldürülməsinin heç bir izahı ola bilməz" ABŞ və NATO terrorizmlə mübarizədə Türkiyənin yanında olduğunu bəyanlayıb İyulun 27-də axşam İstanbulun Güngörən rayonunda terror aksiyası baş verib. Yerli vaxtla saat 21.45-də, gediş-gəlişin gur olduğu bir vaxtda küçə kənarındakı zibil qutusunda partlayış baş verib. Bundan 10 dəqiqə sonra ilk partlayışın olduğu yerdən 50 metr aralıda, bank şöbəsinin yaxınlığında ikinci - daha güclü partlayış baş verib. Partlayışlar nəticəsində 16 nəfər ölüb, 137 nəfər yaralanıb. Hadisə yerinə çoxlu sayda təcili yardım maşınları və yanğınsöndürənlər göndərilib, polis ətrafı mühasirəyə alıb, ərazidə gediş-gəliş dayandırılıb. Hadisədən bir neçə saat sonra partlayış yerindən çox da uzaqda olmayan yerdə, Şövkətdağ prospektindəki İlkə apartmanının kömürlüyündə 3 şübhəli şəxs tutulub. Göytürk Yaşları 16-17 arasında olan bu gənclər partlayışlardan qorxduqları üçün kömürlüyə sığındıqlarını bildiriblər. İstanbul polisi bütün şəhər boyu axtarış aparır. Olay yerində jurnalistlərə açıqlama verən İstanbul valisi Müəmmər Gülər partlayışların terror aksiyası olduğunu açıqlayıb. Müəmmər Gülər hadisə yerlərinin yaxınlığındakı "Mobese" kameralarının ciddi şəkildə araşdırıldığını, terror aksiyasını törədənlərin ən qısa zamanda tutulacağını açıqlayıb. Dünən baş nazir Rəcəb Tayyib Ərdoğanı qarşılamaq üçün Atatürk Hava limanına gələn İstanbul valisi hadisə zamanı 11 kişi, 6 qadın olmaqla 17 nəfərin həlak olduğunu, onlardan 5 nəfərinin isə uşaq olduğunu açıqlayıb. Jurnalistlərin suallarını cavablandıran Müəmmər Gülər hadisənin PKK-nin törətməsi ehtimalının daha çox olduğunu bildirib. İstanbul valisi hadisəni törədənlərin qoca, cavan, uşaq demədən hamının canına qıydıqlarını xüsusi vurğulayıb. Şahidlərin sözlərinə görə, nisbətən yüngül olan ilk partlayışdan sonra ətrafdakı insanlar hadisənin baş verdiyi yerə yığışıblar, bu isə ikinci partlayış zamanı daha çox insanın ölümünə və yaralanmasına səbəb olub. Terror aksiyasını son aylarda Türkiyə Silahlı Qüvvələrinin həm ölkə daxilində, həm də İraqın şimalında həyata keçirdiyi əməliyyatlar nəticəsində ağır itkilər verən PKK-nın qisas məqsədilə törətdiyi bildirilir. Qəribədir ki, PKK terror aksiyasıyla bağlılığının olmadığını bəyanlayıb. İstanbulun Güngörən rayonunda baş verən qanlı terror aksiyası xarici mətbuatda geniş əks-səda doğurub. Partlayışın baş verməsi zamanına toxunan xarici mətbuat "Öldürücü partlamalar İstanbulu vurdu", "Hücum Türkiyədə gərgin bir zamanda oldu", "2003-cü ilin noyabr ayından sonra ən ciddi terror aksiyası", "Türkiyə siyasi və iqtisadi sabitsizliyə sürükləndi" kimi şərhlər verib. İngiltərənəsinin BBC yayım qurumu "Öldürücü partlamalar istanbulu vurdu" başlıqlı yazıda vurğulanır ki, hadisənin məsuliyyətini heç bir təşkilat üzərinə götürməsə də hüquq-mühafizə orqanları teraktı PKK-nın törətdiyini vurğulayırlar. "Hücum Türkiyədə gərgin bir dönəmdə baş verib"-başlıqlı yazıda "The Timec" terror aksiyasının Türkiyədə gərgin bir dönəm yaşadığı bir zamanda baş verməsinə, AKP-nin qapadılması ilə bağlı məhkəməsinə, "Ergenekon" adlandırılan istintaq prosesinə və s. məsələlərə toxunub. Fransız "Le Fiqaro" qəzeti də terror aksiyasının "Türkiyənin gərgin bir zamanında baş verdiyini" vurğulayıb. Fransız jurnalist PKK-dan şübhənildiyini, amma İstanbulda silahlı dinçi və sol qrupların da aktiv olduğunu bildirib."Le Fiqaro" "Ergenekon" və AKP-nin qapadılmasıyla bağlı məsələləri də şərh edib. Almaniyanın "Deutshe Welle" informasiya agentliyi 10 dəqiqə aralıqla baş verən iki partlayışda 16 nəfərin öldüyünü, 150 nəfərin yaralandığını açıqlayıb. O da qeyd olunur ki, bombalar zibil qutularına yerləşdirilib. "New Üork Times" 15 noyabr 2003-cü ildə iki yük avtomobilinə yerləşdirilən bombaların partlaması nəticəsində iki sinaqoqda 23 nəfərin öldüyünü, 300-dən çox insanın yaralandığını xatırladıb. Srağagün baş verən hadisənin isə ən ciddi terror aksiyası olduğunu bildirib. "New Üork Times" yazır ki, 2003-cü ildə terror asiyalarında 60 nəfər ölüb, "Əl Qaidə" ilə bağlı bir qrup isə sinaqoqların partladılmasının məsuliyyətini öz üzərinə götürüb. İngilis "Guardian" ilk şübhəlilərin son 30 ildə saysız terror aksiyaları törətmiş PKK terrorçuları olduğunu vurğulayıb. Eyni zamanda qeyd olunur ki, üç həftə əvvəl islamçı radikallar ABŞ-ın İstanbul konsulluğuna hücum edib. Digər ingilis qəzeti "The İndependent" son dövrlərdə Türkiyədə baş verən terror aksiyaları haqqında məlumat verib, "Türkiyənin AKP-nin qapadılmasıyla bağlı məhkəmə nəticəsində siyasi və iqtisadi sabitsizliyə sürükləndiyini" yazıb. İspaniyanın "El Pais" qəzeti polisini baş verənlərə görə PKK-dan şübhələndiyini, "Partlayışların Türk ordusunun Şimali İraqdakı PKK düşərgələrinə qarşı əməliyyatlarından bir neçə saat sonra baş verməsinə" diqqəti çəkib. ABŞ-ın Ankara səfirliyi İstanbulun Güngörən rayonunda meydana gələn, 17 nəfərin ölümü və yüzdən çox insanın yaralanması ilə nəticələnən terror aksiyasını pisləyib və yazılı açıqlama yayıb: "ABŞ bazar günü baş verən terror aksiyasını qınayır. Bu vəhşi və xain əməlin qurbanı olan insanların ailələrinə və yaxınlarına başsağlığı veririk. Məsum insanların öldürülməsinin heç bir izahı ola bilməz. Terrora qarşı mübarizədə müttəfiqimiz Türkiyəni dəstəkləyirik". Cümhuriyyət Xalq Partiyasının sədri Dəniz Baykal Güngürəndə baş verən terror aksiyasının siyasi məqsədlərlə reallaşdırılan bir aksiya olduğun söyləyib. "Türkiyədə bu cür terror aksiyalarıyla bir yerə varılamayacağını vurğulayan Dəniz Baykal İspaniyada olduğu kimi bütün cəmiyyətin terrora qarşı demokratik-milli etiraz bildirməsininin vacibliyini vurğulayıb: "Əgər İspaniyadakı kimi bir demokratik etiraz göstərilsə, bu hücumu həyata keçirənlər hərəkətsiz hala gələcək. Bütün Türkiyə ayağa qalxmalı və səssiz bir yürüşlə terrora lənət oxumalıdır. NATO baş katibi Yaap de Hoop Skeffer Güngörəndə baş verən terroro aksiyasını pisləyib. NATO-nun yazılı açıqlamasında "bu qorxunc hücumlarda məsum mülki şəxslərin qəsdən hədəfə alındığı" vurğulanıb, ölənlərin ailələrinə və yaxınlarına başsağlığı verilib, Alyansın terrorizmlə mübarizədə Türkiyənin yanında olduğu bildirilib. Türkiyə Silahlı Qüvvələrinin baş qərargah rəisi, ordu generalı Yaşar Böyükanıt məsum vətəndaşları hədəf alan hücumu həyata keçirənləri nifrətlə qınadığını söyləyib: "Bu insanlıqdan kənar hadisəni törədənlərin mütləq yaxalanacaqlarına və məhkəmə qarşısına çxacaqlarına inanıram". Türkiyə Cümhuriyyəti prezidenti Abdulla Gülün terror aksiyası ilə bağlı açıqlamasında deyilir: "Terrorun acımasızlığını, qadın-kişi, gənc-yaşlı və uşağa fərq qoymadan insanlıqdan kənar vəhşət və şiddət istəyini ortaya qoyan bu hucumu həyata keçirənləri lənətləyirəm. Terrorun qanlı üzünə sığınaraq ölkəmizin hüzuruna və birliyinə zərər verməyə çalışanların millətimizin və dövlətimizin qərarlığı və gücü qarşısında çirkin arzularına heç zaman çata bilməyəcəklərini bir daha vurğulamaq istəyirəm. Terrorla, şiddətlə məsum insanların canına qəsd edərək bir yerə varılmaz. Bu hücumlar onları törədənlərin insanlıqdan kənar olduğunu və zavallı olduqlarını üzə çıxarır". Baş nazir Rəcəb Tayyib Ərdoğanın Güngörən rayonuna ziyarəti təhlükəsizlik səbəbindən ləğv olunub. Amma Ərdoğan bu yöndə sualı sərt cavablandırıb: "Qüsura baxmayın, amma bunu deyən tərbiyəsizdir. Mən özüm gəlməyib, iki nazirimi intihar komandosu kimi bura göndərdim?". AKP sədri deyib: "Terror dini, dili, irqi olmayan bir fenomendir. Türkiyə 35 ildir ki, terrorla mübarizə aparır. Terror kökü qazılana qədər davam edəcək. Terrora qarşı bir millət kimi nə qədər bir olsaq, o qədər bacarıqlı ola bilərik". Xarici mətbuatın yazdığı kimi həqiqətən də Güngörəndə baş verən terror aksiyası siyasi ziddiyyətlər içində üzən Türkiyədə vəziyyəti daha kəskinləşdirib. Bir tərəfdə AKP-nin qapadılması, digər tərəfdə "Ergenekon" olayları və terrorla mübarizə əməliyyatları... İyulun 28-də Türkiyə Konstitusiya Məhkəməsi AKP-nin bağlanmasıyla bağlı yekun müzakirələrə başlayıb. İclas dünən yerli vaxtla saat 09.35-də başlayıb. Annayasa Məhkəməsinin heyətinə başqan Haşim Kılıc, başqan vəkili Osman Paksüt, üzvlər Fulya Kantarçıoğlu, Ahmet Akyalçın, Sacit Adalı, Mehmet Erten, Hecmi Özlər, Şevket Apalak, Serdar Özgüldür, Serruh Kaleli, Ayla Perktaş daxildir. Məhkəmənin raportçusu Osman Can da müzakirələrə qatılıb. Saat 12.10-da fasiləyə çıxan hakimlər 13.30-da işlərinə davam ediblər. Konstitusiya Məhkəməsi səhər iclasında Ömər Özgür Qorxmaz adlı bir vətəndaşın vəkil Mustafa Kamal Turan adlı vəkilinin aralarında Haşim Kılıc və Osman Paksüt olmaqla 4 hakimin prosesdən kənarlaşdırılmasına dair fərdi müraciətinə baxıb. Mustafa Kamal Turanın iddiasına görə, KM-nin sədri Haşim Kılıç, müavin Osman Paksüt, üzvlər Fərrux Kaleli və Nəcmi Özlər bitərəf olmadıqları üçün onlar AKP ilə bağlı işə baxmaqdan kənarlaşdırılmalıdır. Vəkil həmin şəxsləri AKP-yə yaxın olmaqda günahlandırıb, Anayasa qarşı hiylə qurmaqda təqsirləndirib. Ancaq iş üzrə üçüncü tərəfin müraciət hüququ olmadığı üçün Mustafa Kamal Turanın ərizəsi rədd edilib. Vəkil jurnalistlərə açıqlamasında Türkiyədə fərdlərin Konstitusiya Məhkəməsinə müraciət hüququnun olmadığını söyləyərək bununla bağlı Avropa İnsan Haqları Məhkəməsinə "AKP-nin qapadılmaması" tələbi ilə müraciət etdiyini, amma AİHM-nin bu tələbi rədd etdiyini söyləyib. Aancaq AİHM "AKP-nin qapadılması" tələbinə baxılmasının mümkünlüyünü bildirib: "Avropa İnsan Haqları Məhkəməsi şikayətə baxacağı üçün mən Konstitusiya Məhkəməsinə müraciət etməyə qərar verdim". Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarələr iyulun 27-də PKK terror təşkilatının İraqın şimalındakı mövqelərini bombardman ediblər. Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəsmi açıqlamasında İraqın Qəndil dağında PKK-ya məxsus 9 sığınacaq, 1 mağara, 1 nəzarət məntəqəsi və silah anbarının məhv edildiyi bildirilib. Baş Qərargah əməliyyatın görüntülərini də yayımlayıb. ..."Goldman Sachs" beynəlxalq araşdırma mərkəzinin proqnozlarına görə, 2050-ci ildə Türkiyə "G-7" ölkələrini belə geridə buraxacaq, adambaşına düşən illik gəlir 60-70 min dollar olacaq. Həmin il Yaponiya, Fransa, Almaniya, İtaliya və Kanadanı keçən Türkiyənin milli gəliri 6 trilyon dolloarı keçəcək. Həmin il Çin dünyanın ən böyük iqtisadiyyatına sahib olacaq. Çini ABŞ, Hindistan, Braziliya, Rusiya, İndoneziya, Meksika, İngiltərə və Türkiyə izləyəcək... xalqcebhesi
Geosiyasi fürsət: Hörmüz boğazının bağlanması və Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycanın əhəmiyyəti artır
Xaməneinin dəfn mərasimi ilə bağlı xəbər təkzib edildi
Qərbi Azərbaycan əyalətində silah-sursat aşkarlanıb
Qəzvindən olan azərbaycanlı fəal Suri Babayi Çəqini 3 il həbs cəzasına məhkum edilib
Əhvazda 3 siyasi məhbus edam ediləcək
Bir neçə əyalətdə çörək yenidən bahalaşdı
Vaşinqton hələ də Tehranın yekun cavabını gözləyir
BƏƏ İran hücumlarına vahid cavab verməyə çağırır
İranda manatın son məzənnəsi
İran təhlükəsizlik məmurları iki mülki şəxsi öldürdü
Küveyt: İranın hücumu nəticəsində bir nəfər ölüb
SEPAH Zəncanda “Polo restoranı”nı sahibinin həbsindən sonra hərraca çıxarıb
“Binab kababı”nın qlobal qeydiyyatı üçün bəlgə hazırlanır
“Etemad”: İranda elektrik balanssızlığının azalması sənayedəki geriləmə ilə bağlıdır
SEPAH Dubay aeroportunu vurdu - Rəsmi
Tehran Apelliyasiya Məhkəməsi britaniyalı cütlüyün həbs qərarını qüvvədə saxladı
Tehran əyalətində daha 100 nəfər həbs edilib
ABŞ İranın kriptovalyuta birjasına sanksiya tətbiq etdi
Qeşmdə partlayış səsləri; İran Küveyt və Bəhreynə hücum edib
94 gündür torpağa tapşırılmayan Xamenei üçün yeni plan
Donald Tramp: İran danışıqları yaxşı aparsa da Amerika bütün kartları əlində saxlayır
İranda daha iki etirazçı edama məhkum edildi
ABŞ İranın 1 milyard dollarını müsadirə etdi
İranlı rəsmi: Çin ABŞ ilə Iran arasındakı mümkün razılaşmanın təminatçısı ola bilər
Güneyli tədqiqatçı dünyasını dəyişib
NYT: İranın mühafizəkar qanadı ABŞ ilə mümkün razılaşmanı pozmağa çalışırlar
İranda neft oğurluğu- 7 nəfər saxlanılıb
İsrail yenidən İranla müharibəyə hazırlaşır- "Haaretz"
Müharibə naziri: İranla razılaşma əldə olunmasa, ABŞ hərbi əməliyyatları yenidən başlatmağa hazırdır
Bloomberg: İranın Küveytə zərbəsi nəticəsində bir neçə amerikalı yüngül xəsarət alıb
İran məhkəməsi daha bir etrazçını ölümə məhkum etdi
Milli fəalların məhkəməsi oldu- Lisani, Kari və Xeyrcu qatılmadılar
Meksika da İran millisinə viza verməyib
İran rəsmilərinin villaları müsadirə olunacaq - Bessent
Məsud Pezeşkian hökumət iclasında çıxış etdi - Davam edəcəyəm
AP: ABŞ blokadanı yarmağa çalışan ticarət gəmisini sıradan çıxarıb
Tanınmış Qaşqay şair və tədqiqatçı İlyas Bəhrampur Laçın vəfat edib
Dəniz minaları Oman sularında da müşahidə olunub