SON XƏBƏRLƏR

Ukrayna Odessa-Brodı neft kəmərinin istiqamətini dəyişir

2021.10.20, 07:36
Ukrayna Odessa-Brodı neft kəmərinin istiqamətini dəyişir

Gunaz.tv
Ukrayna Odessa-Brodı neft kəmərinin istiqamətini dəyişir 20080729021857odessa-brody203.jpg Ukraynanın Milli Təhlükəsizlik Şurası hökumətə 2008-ci ilin sonunadək Odessa-Brodı neft kəmərinin nəql istiqamətini dəyişmək sərəncamı verib. Bu ona görə edilir ki, boru kəməri ilə Xəzər neftini Ukraynaya gətirmək mümkün olsun. Ukrayna Konstitusiyasına görə MTŞ-nin qərarları məcburidir. Bu məsələ prezident Viktor Yuşşenko ilə onun baş naziri Yulia Timoşenko arasında ixtilaf nöqtələrindən biridir. Prezident deyir ki, bu kəmərlə Ukraynaya gələcək 8 milyon ton neftin 3 milyon tonu Avropaya nəql ediləcək, 5 milyon tonu isə Ukraynanın qərbindəki iki neftayırma zavodunda emal olunacaq. Rəsmilər bildirirlər ki, bu barədə razılaşma layihəsi artıq hazırdır. Baş nazir Timoşenko isə bu kontraktın xarici şirkətə veriləcəyindən narahat olduğu üçün razılaşmanı bloklayıb. Ukrayna rəsmiləri bildiriblər ki, bu neft ya Azərbaycan, ya da türkmənistandan alınacaq. 2002-ci ildə inşa edilmiş Odessa-Brodı kəmərinin ilkin nəql istiqməti üzü qərbə doğru idi. Sonradan boru kəmərini doldurmaq üçün kifayət qədər neft olmadığından kəmərin istiqaməti dəyişdirildi və Rusiyanın Ural neftini nəql etməyə başladı. Prezident katibliyinin rəhbəri Oleksandr Şlapak deyib ki, "Milli Təhlükəsilzlik və Müdafiə Şuralarının iclasında qərara alınıb ki, kəmər özünün ilkin nəql istiqmətində bu ilin sonunadək istismara hazır vəziyyətə gətirilməlidir”. Cənab Şplak bunu da əlavə edib ki, Ukrayna neft tranziti ölkəsi kimi əhəmiyyətini itirməkdədir. O bildirib ki, əgər Rusiya özü üçün Ukraynadan yan keçən enerji dəhlizi yaratmaq layihəsini həyata keçirmədən Kiyev təcili tədbirlər görməlidir bbc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar