SON XƏBƏRLƏR

Yaxın gələcəkdə dünya ölkələrini ciddi iqtisadi böhranlar və maliyyə probemlərinin daha da ağırlaşması gözləyir

2021.10.20, 07:36
Yaxın gələcəkdə dünya ölkələrini ciddi iqtisadi böhranlar və maliyyə probemlərinin daha da ağırlaşması gözləyir

Gunaz.tv
Ciddi böhran gözlənilir "Yaxın gələcəkdə dünya ölkələrini ciddi iqtisadi böhranlar və maliyyə probemlərinin daha da ağırlaşması gözləyir. Bunun səbəbi isə daşınmaz əmlak bazarında davam edən çökmə, ABŞ dollarının kursunun həddən ziyadə qeyri-stabil olması, dünya iqtisadiyyatının disbalansı, xammal və xam neftin qiymətlərinin yüksək qalması nəticəsində maliyyə-kredit böhranının daha da dərinləşməsidir". BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin (Departament of Social and Economic Affairs, DESA) açıqladığı son hesabatda bildirilir ki, bu ilin sonunadək dünyada iqtisadi inkişaf 1,8%, gələn il isə 2,1% aşağı düşəcək. İqtisadçıların fikrincə, güclənən ərzaq və qida böhranı bəzi inkişaf etməkdə olan ölkələr üçün tək humanitar problem yox, həm də siyasi və sosial stabilliyə qarşı yönəlmiş təhlükədir. "The Financial Times" bildirir ki, hadisələrin bundan sonrakı inkişaf məcrası əhəmiyyətli dərəcədə ABŞ-dan asılıdır. Birləşmiş Ştatlar əvvəllər olduğu kimi, indi də dünya iqtisadiyyatının əsas "mühərriki" olaraq qalır: bu ölkənin daşınmaz əmlak və ipoteka kreditləri bazarındakı böhran bütün dünyada zəncirvari reaksiya doğurub. "Hadisələrin ən pis inkişaf variantı dünya iqtisadiyyatının praktiki olaraq dayanmasıdır. ABŞ-dakı böhranın nəticələrini əldən qaldırmaq üçün ölkə rəhbərliyinin həyata keçirdiyi tədbirlər yetərsiz olarsa, daşınmaz əmlak bazarında qiymətlər bundan sonra da ucuzlaşmağa davam edərsə və kreditəmə şərtləri daha da ağırlaşarsa ən pis variant gerçəkləşəcək", - hesabatda deyilir. BMT ekspertlərinin fikrincə, dünya iqtisadiyyatında inkişaf meyllərinin bərpası üçün ABŞ rəhbərliyinin maliyyə ehtiyatlarına malik dövlətlərdə, xüsusilə də Avropa, Fars Körfəzi və Şərqi Asiya ölkələrində tələbatın artırılmasına yönəlmiş qərarlarının bütün dünya dövlətləri tərəfindən dəstəklənməsi gərəkdir. Ərzaq inflyasiyası ilə mübarizə tədbirləri qismində isə analitiklər investisiyalar və irriqasiya texnologiyaları hesabına istehsalatla satışı yaxşılaşdırmaq, taxıl və gübrələrin ən son texnologiyaları, kənd təsərrüfatı tədqiqatlarını gücləndirmək təklif edirlər. Ərzaq məhsulları kimi gündəlik tələbat mallarının satışlarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması və qlobal istehlakın stimullaşdırılması ilə yanaşı gələcəkdə yeni problemlərin yaranmasının qarşısını almaq üçün beynəlxalq maliyyə tənzimlənməsi və nəzarət mexanizmlərinin təkmilləşdirilməsinə də ehtiyac duyulur. express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar