SON XƏBƏRLƏR

Prezident seçkilərinə rəsmi start verildi

2021.10.20, 07:36
Prezident seçkilərinə rəsmi start verildi

Gunaz.tv
Prezident seçkilərinə rəsmi start verildi mezahir.jpg Məzahir Pənahov: "Ötən seçkilərdən dövlət büdcəsinə vəsaiti qaytarmayan namizədlərə yenidən pul ayrılmasına mane olmayacağıq" Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun dünən keçirilən iclasında məlumat verib. O bildirib ki, MSK prezident seçksisinə hazırlığı yüksək səviyyədə həyata keçirib: "Yanvar ayından seçici siyahılarının dəqiqləşdirilməsinə başlanıb və bu iş yüksək səviyyədə aparılıb. Dairə seçki komissiyaları üçün yüksək iş şəraiti yaradılıb və onların böyük əksəriyyəti yeni binalarla təmin olunub". Məzahir Pənahov bildirib ki, prezident seçkisinin oktyabrın 15-də keçirilməsi barədə qərar iki gün müddətində mətbuatda dərc olunacaq və hüquqi qüvvəyə minəcək. Bundan sonra namizədlərin irəli sürülməsi prosesi başlanacaq". MSK sədri vurğulayıb ki, namizədlərin təqdim etdikləri sənədlərə beş gün müddətində baxılacaq: "Bundan sonra namizədliyin irəli sürülməsinin təsdiq olunub-olunmaması barədə qərar veriləcək. Daha sonra isə, namizədlərə imza vərəqələri veriləcək. Namizədlər, yeni Seçki Məcəlləsinə əsasən, 40 min imza toplamalıdırlar". Məzahir Pənahov qeyd edib ki, ümumilikdə bu namizədlərlə bağlı proses avqust ayının sonuna kimi davam edəcək. Qeyd edək ki, MSK-nın dünən keçirilən iclasında prezident seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin təqvim planını da təsdiq edilib. Məzahir Pənahov bildirib ki, seçkilərdə hər hansı kənar müdaxiləyə imkan verilməyəcək: "Bizim kifayət qədər seçki təcrübəmiz var. Amma hər hansı xoşagəlməz hadisədən, pozuntulardan heç kəs sığortalanmayıb. Ona görə də biz əlimizdən gələni edəcəyik ki, seçkilər tam demokratik və qanunun tələblərinə uyğun olsun". Namizədlərin pulsuz efir vaxtından istifadə edəcəyini deyən Məzahir Pənahov bu xidmətin İctimai Televiziya tərəfindən həyata keçiriləcəyini vurğulayıb. Bundan əlavə, təsisçisi dövlət olan dövrü mətbuatda və radioda da namizədlərə təbliğat-təşviqat üçün yer ayrılacaq. İctimai TV-də namizədlərə ayrılacaq vaxt püşkatma ilə müəyyənləşəcək: "Təşviqat materialları isə yerli icra orqanları tərəfindən müəyyən olunmuş yerlərdə asılacaq. Bu dəfə binaların divarlarına plakatların asılmasına icazə verilməyəcək. Şəxsi mülkiyyətdə olan binaların, evlərin divarlarına isə yalnız həmin evin sahibinin razılığından sonra plakat yapışdırmaq olar". Məzahir Pənahov onu da qeyd edib ki, qanun ötən seçkilərdə dövlət büdcəsindən maliyyə vəsaiti almış, lakin 3 faizlik baryeri aşmamasına baxmayaraq, həmin vəsaiti qaytarmayanlara yenidən pul ayrılmasını qadağan edir: "Amma bu məsələ dövlət səviyyəsində həll olunur. Əgər büdcəyə nəzarət edən orqanlar dözümlülük göstərsə və həmin namizədlərə yenidən pul ayırmağa razılıq versə, biz buna mane olmayacağıq". MSK sədri xarici ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarının seçkilərdə iştirakı üçün müvafiq şəraitin yaradılacağını, Azərbaycanın diplomatik nümayəndəlikləri olan bütün şəhərlərdə seçki məntəqələrinin yaradılacağını qeyd edib. xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar