SON XƏBƏRLƏR

ABŞ-dakı KİLSƏDƏ QAN TÖKÜLDÜ-Tamaşaya baxan 9 nəfər güllələndi

2021.10.20, 07:36
ABŞ-dakı KİLSƏDƏ QAN TÖKÜLDÜ-Tamaşaya baxan 9 nəfər güllələndi

Gunaz.tv
ABŞ-dakı KİLSƏDƏ QAN TÖKÜLDÜ Tamaşaya baxan 9 nəfər güllələndi 3375.jpg ABŞ-ın Tennessi ştatının Noksvill şəhərindəki kilsədə qanlı insident baş verib. APA-nın ABŞ xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, kilsədə “Enni” müzikli əsasında hazırlanmış uşaq tamaşasına baxış zamanı içəri daxil olan bir nəfər tamaşaçılara ov tüfəngindən atəş açmağa başlayıb. Hadisə zamanı içəridə 200 nəfər olub. Atəş səsləri eşidildikdən sonra insanlar yerə uzanıblar. Ancaq ilk atəşlər nəticəsində 9 nəfər güllə yaraları alıb, onlardan biri, 60 yaşlı kişi hadisə yerində keçinib, yaralı olan bir qadın isə xəstəxanada dünyasını dəyişib. Qatil tüfənginə güllə doldurmaq istəyərkən bir neçə nəfər onu yaxalaya bilib. Polis cinayətkarın 58 yaşlı Cim Adkisson olduğunu açıqlayıb. O, tüfəngi gitara qabının içində kilsəyə keçirib. Cinayətin hansı motivlə törədildiyi hələlik bəlli deyil. Xəbər xidməti musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar