SON XƏBƏRLƏR

Sülh danışıqları "Madrid təklifləri"ndə ilişib

2021.10.20, 07:36
Sülh danışıqları "Madrid təklifləri"ndə ilişib

Gunaz.tv
Sülh danışıqları "Madrid təklifləri"ndə ilişib qarabag.jpg Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin avqustun 1-də keçiriləcək görüşündə müzakirələrin "Madrid təklifləri" çərçivəsində aparılacaq. Amma Prezidentin İcra Aparatının (PA) beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov rəsmi Bakının "Madrid təklifləri" ilə bağlı üzərinə heç bir öhdəlik götürmədiyini bildirib. Şöbə müdiri onu da söyləyib ki, əvvəlcə 5, sonra 2 rayonun boşaldılmasından sonra Dağlıq Qarabağın statusuna baxıla bilər. Tural Siyasi şərhçi Aydın Quliyev 2006-cı ilin dekabrından başlayan "Madrid prinsipləri"nin mahiyyətinin ictimaiyyətə açıqlanmadığını bildirdi: "İndiyə kimi ən müxtəlif səviyyələrdə söylənən fikirlərdən, xüsusilə də ötən ilin iyulundakı danışıqların vəziyyəti barədə həmsədrlərinin birgə bəyanatından, sonrakı dövrdə Azərbaycan prezidentinin müxtəlif açıqlamalarından müəyyən qənaətə gəlmək mümkündür. Belə ki, "Madrid prinsipləri" Azərbaycanın işğal olunmuş torpaqlarının mərhələli şəkildə qaytarılmasını özündə əks etdirir. Bu mərhələ əvvəlcə 5 rayonun, sonradan isə 2 rayonun qaytarılmasını nəzərdə tutur. Mübahisəli məqamlardan biri ikinci mərhələdə qaytarılması nəzərdə tutulan Kəlbəcər və Laçındır. Təhlillər göstərir ki, iki rayonun qaytarılması məsələsində çox ciddi fikir ayrılığı əmələ gəlib. Bu da ondan ibarətdir ki, Ermənistan həmin iki rayonun qaytarılmasıyla bağlı belə bir şərtli mövqedən çıxış edir. Həmin şərtə görə, bu rayonlar Dağlıq Qarabağın statusu müəyyənləşəcəyi təqdirdə qaytarıla bilər". Aydın Quliyev Azərbaycanın bununla razılaşmadığını deyərək, rəsmi Bakının açıq bəyanladığı mövqeni xatırlatdı: "Dağlıq Qarabağ ətrafında işğal olunmuş rayonların hamısı qaytarılmalıdır və yalnız bundan sonra Qarabağın statusu ilə bağlı danışıqların ikinci mərhələsinə start vemək olar. Güman ki, rəsmi Bakı rayonların 5+2 formatında qaytarılmasına razılıq verməyib". Aydın bəyin fikrincə, "Madrid prinsipləri"ndə həm Bakıya, həm də İrəvana sərf edən beynəlxalq hüquq prinsipinə söykənəcək var. Çox güman ki, bu təkliflərdə həm ərazi bütövlüyü, həm də xalqların öz müqəddaratını təyin etmək prinsipi bu və digər formada nəzərə alınır. Bu iki prinsipin arasında orta mövqenin necə tapılacağını söyləmək isə çox çətindir". xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar