SON XƏBƏRLƏR

Kərkükdə kürdlər türkmənlərə hücum ediblər

2021.10.20, 07:36
Kərkükdə kürdlər türkmənlərə hücum ediblər

Gunaz.tv
Kərkükdə kürdlər türkmənlərə hücum ediblər 292.jpg İraqın Kərkük şəhərində kürdlərin etiraz aksiyası zamanı törədilən terror aktından sonra kütləvi iğtişaş baş verib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, 22 nəfərin öldüyü, 70-dən çox adamın yaralandığı olaydan bəhanə kimi istifadə edən radikal kürdlər İraq Türkmən Cəbhəsinin qərargahına hücum ediblər. Hücum zamanı ofisin mühafizə rəhbəri də daxil olmaqla bir neçə nəfər yaralanıb, İTC-yə məxsus avtomobillər yandırılıb. İğtişaşçılar daha sonra ”Türkmeneli” televiziyasına da basqın ediblər. Binanı qoruyan polislər kürdlərin qarşısını almaq üçün heç bir addım atmayıblar. Bağdadda olan İTC lideri Sadəddin Ərgəç kürdlərin onu öldürmək üçün ofisə basqın etdiklərini bildirib: “Türkmən bürosuna hücum edənlər məni öldürmək üçün oraya gəliblər. Yaralılarımız var. BMT-ni Kərkükdə təhlükəsizliyi təmin etməyə çağırırıq”. İraq Türkmən Cəbhəsinin Ankara təmsilçisi Əhməd Muradlı isə İTC-nin ofisinin yandırıldığını, 5 nəfərin yaralandığını açıqlayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar