SON XƏBƏRLƏR

AZƏRBAYCANDAKI “ƏL QAİDƏ”çilərə 116 İL İŞ VERİLDİ

2021.10.20, 07:36
AZƏRBAYCANDAKI “ƏL QAİDƏ”çilərə 116 İL İŞ VERİLDİ

Gunaz.tv
AZƏRBAYCANDAKI “ƏL QAİDƏ”çilərə 116 İL İŞ VERİLDİ Terrorçu qrupun başçısı “Əbu Cəfər” 14 il həbs cəzası aldı 2595.jpg Dünən Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Əflatun Qasımovun sədrliyi ilə “Əl Qaidə” və “Əl-Cihad” kimi beynəlxalq terrorçu təşkilatlarla əməkdaşlıqda təqsirləndirilən mütəşəkkil dəstənin cinayət işi üzrə məhkəməsi başa çatıb. APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə “Əbu Cəfər” ləqəbi ilə tanınan Səudiyyə Ərəbistan vətəndaşı Naib Ərdəbili 14 il, “Əbu malik” ləqəbi ilə tanınan Elçin Əlimirzəyev 12 il, Vidadi Kərimov 9 il, Adil Gərayxanov, Loğman Muradov, Pərviz Kərimov, Mirzə Babayev, Vitali Ağaməmmədov və Rusiya vətəndaşı Daniyal Abuyev 8 il, Asif Xəzərov 7 il 6 ay, Qədir Hacıyev və Emin Cami 7 il, Vüqar Əliyev və Qabil Məsməliyev 6 il, Rafael Rəhimov 5 il 6 ay, Elvin Əskərov 4 il, Tahir Pirquliyev və Nizami Xudayarov isə 3 il müddətinə azadlıqdan məhrum ediliblər. Zamində olan E.Əsgərov məhkəmə zalında həbs olunub. APA

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar