SON XƏBƏRLƏR

İraqda baş vermiş terror hadisələrində 47 nəfər ölüb

2021.10.20, 07:36
İraqda baş vermiş terror hadisələrində 47 nəfər ölüb

Gunaz.tv
İraqda baş vermiş terror hadisələrində 47 nəfər ölüb 20080729100510_1.jpg İraqın paytaxtı Bağdad və ölkənin Şimalında yerləşən Kərkük şəhərində törədilmiş qanlı aksiyalarda 47 nəfər həlak olub, 240-a qədər adam yarlanıb. Kərkükdə terrorçu-kamikadze kürdlərin nümayişində özünü partladıb. Azı 22 nəfər həlak olub, 80 nəfər yaralanıb. Qeyd edək ki, nümayiş keçirən kürdlər yerli seçki qanunvericiliyinə etiraz edirmişlər. Bağdadda 3 qadın kamikadzenin Kadmiyə məscidinə gedən şiə zəvvarlarını hədəfə alması nəticəsində isə həlak olan zəvvarların sayı 25 nəfərə çatıb, 52 nəfər yaralanıb. Bundan sonra baş verən hadisələrlə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib. Bağdadda şiə zəvvarların təhlükəsizliyinin təmin edilməsinə 100 min polis və hərbçi ayrılıb. Onlara eyni zamanda ABŞ qüvvələri də yardım göstərəcək. Vəziyyətə helikopterlər vasitəsilə havadan nəzarət həyata keçirilir. ANS PRESS 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar