SON XƏBƏRLƏR

Bu gün(29 iyul) ABŞ-da Azərbaycanda demokratiyanın vəziyyəti müzakirə olunacaq

2021.10.20, 07:36
Bu gün(29 iyul) ABŞ-da Azərbaycanda demokratiyanın vəziyyəti müzakirə olunacaq

Gunaz.tv
Bu gün ABŞ-da Azərbaycanda demokratiyanın vəziyyəti müzakirə olunacaq 20080729124741_1.jpg Azərbaycanda demokratiyanın vəziyyəti bu gün Amerika Birləşmiş Ştatlarında müzakirə olunacaq. Dinləmələrin təşəbbüskarı Avropa ilə münasibətlərin əlaqələndirilməsində mühüm rol oynayan Təhlükəsizlik və Əməkdaşlıq Komissiyasıdır. Azərbaycanda demokratiya və insan haqları ilə bağlı müzakirələrə bir sıra nüfuzlu senator, konqresmen və aparıcı mütəxəssislər qatılacaq. Mətbuat üçün verilən açıqlamada deyilir: Sürətlə inkişaf edən iqtisadiyyata malik olan Azərbaycan hazırda enerji diversifikasiyası baxımından mühüm rol oynayaraq, Amerika ilə sıx əlaqələr saxlamaqdadır. Lakin qarşıdan gələn prezident seçkisi ərəfəsində ATƏT, Avropa Şurası və bir sıra digər qurum və təşkilat bu ölkədə demokratiya sahəsində nöqsanların olduğunu qeyd edir. Tənqidlər əsasən insan haqları, mətbuat azadlığı və siyasi məhbuslarla bağlıdır". Qeyd edək ki, 1976-cı ildə təsis edilmiş və qeyri-rəsmi olaraq Helsinki komissiyası adlandırılan Avropa ilə Təhlükəsizlik və Əməkdaşlıq üzrə Komissiya hökumətin strukturuna daxil olan ayrıca qurumdur. 9 senat, 9 konqres və bir sıra mühüm nazirliklərin nümayəndələrindən ibarət komissiya Avropa ilə münasibətlərin qurulmasında hökumətə məsləhət və tövsiyələr vermək səlahiyyətinə malikdir. ANS PRESS 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar