SON XƏBƏRLƏR

AKP-nin BAĞLANMASI İDDİASI ÜZRƏ MƏHKƏMƏ BAŞLADI_Qərarın bu həftə ərzində veriləcəyi gözlənilir

2021.10.20, 07:36
AKP-nin BAĞLANMASI İDDİASI ÜZRƏ MƏHKƏMƏ BAŞLADI_Qərarın bu həftə ərzində veriləcəyi gözlənilir

Gunaz.tv
AKP-nin BAĞLANMASI İDDİASI ÜZRƏ MƏHKƏMƏ BAŞLADI Qərarın bu həftə ərzində veriləcəyi gözlənilir 4934.jpg Türkiyədə Konstitusiya Məhkəməsinin 11 hakimi iqtidardakı Ədalət və İnkişaf Partiyasının bağlanması iddiası üzrə qərar çıxarmaq üçün toplaşıb. Türkiyənin baş prokuroru bu partiyanı ölkədə dünyəviliyə qarşı yönəlmiş hərəkətlərin beşiyinə çevrilməkdə günahlandıraraq, AKP-nin bağlanılmasını tələb edib. Prokuror eyni zamanda baş nazir Rəcəb Tayyib Ərdoğan da daxil olmaqla, AKP-nin 71 üzvünün siyasi fəaliyyətinə qadağa qoyulmasını istəyir. Məhkəmənin bu məsələ ilə bağlı iclaslarının bir neçə gün davam edəcəyi gözlənilirdi. Konstitusiya Məhkəməsi üzvləri yerli vaxtla səhər saat 9.30-da toplaşıblar və AKP-nin bağlanması tələbini müzakirə etməyə başlayıblar. Prosesə üç saat sonra fasilə verilib, daha sonra iclas davam edib. Jurnalistlər məhkəmə binasına buraxılmayıb, lakin Konstitusiya Məhkəməsinin qarşısında çoxsaylı media mənsubları növbə çəkib. Qərb mənbələri isə bir gün əvvəl xəbər yaymışdılar ki, toplantı cəmi bir neçə saat davam edəcək və məhkəmə elə dünən AKP-nin bağlanması haqda qərar çıxaracaq. Məhkəmə başqanı Haşim Kılıc ötən həftə jurnalistlərə bildirmişdi ki, qərarın neçə günə veriləcəyi məlum deyil. Onun sözlərinə görə, bu gündən başlayan müzakirələr fasiləsiz olaraq, qərar çıxarılanadək davam edəcək. AKP-nin bağlanması üçün azı 7 hakim səs verməlidir. İstənilən halda bu, Türkiyədə siyasi partiyanın bağlanması üzrə ən qısa proses olacaq. Bundan əvvəl məhkəmə islamçı Rifah Partiyasını 6, onun əsasında qurulan Fəzilət Partiyasını isə 26 aya bağlamışdı. Rifah Partiyası ilə bağlı məhkəmənin son iclası 8 gün davam edib, Fəzilət Partiyasının işində isə hakimlər 11 gün fasiləsiz müzakirələr aparıblar. AKP-də isə inanırlar ki, Konstitusiya Məhkəməsi partiyanı bağlamayacaq. Lakin bununla belə, ən pis ehtimal üzrə hazırlıqlar aparılır və partiya funksionerlərinin dediyi kimi ehtiyat “B” və “C” planları var. Baş nazirin müavini, hökumət sözçüsü Cəmil Çiçək deyib ki, AKP-nin bağlanacağı haqda qərar çıxarılsa belə, onların narahatlıqları yoxdur. Partiya mümkün bütün variantlar üzrə hazırlıqlar görüb. F.MƏMMƏDOV musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar