SON XƏBƏRLƏR

AZƏRBAYCAN HƏRBÇİLƏRİ VİLNÜSDƏ KEÇİRİLƏCƏK “BEYNƏLXALQ KAPİTANLAR” KURSUNDA İŞTİRAK EDƏCƏKLƏR

2021.10.20, 07:36
AZƏRBAYCAN HƏRBÇİLƏRİ VİLNÜSDƏ KEÇİRİLƏCƏK “BEYNƏLXALQ KAPİTANLAR” KURSUNDA İŞTİRAK EDƏCƏKLƏR

Gunaz.tv
AZƏRBAYCAN HƏRBÇİLƏRİ VİLNÜSDƏ KEÇİRİLƏCƏK “BEYNƏLXALQ KAPİTANLAR” KURSUNDA İŞTİRAK EDƏCƏKLƏR İyulun 28-dən dekabrın 21-dək Vilnüs şəhərində “Beynəlxalq kapitanlar” kursu keçiriləcəkdir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan ilə Litva arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq təşkil edilmiş tədbirə Silahlı Qüvvələrimizin nümayəndələri də cəlb olunacaqlar. -------------------------------------------------------------------- Azərbaycan Ordusunun mövqeləri bir neçə istiqamətdə atəşə tutulub Bütün hallarda qarşı tərəf cavab atəşi ilə susdurulub Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 27 və 28-də növbəti dəfə atəşkəs rejimini pozublar. Ermənistan ordusu iyulun 27- də saat 23.25-dən 23.30-dək və iyulun 28-də saat 03.10-dan 03.20-dək Ermənistanın İcevan rayonu Berkaber, Noyemberyan rayonu Voskepar kəndləri ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Aşağı Əskipara kəndi ərazisində yerləşən mövqelərini, saat 22.10-dan 22.20-dək və iyulun 28-də saat 03.10-dan 03.20-dək Qazağın adsız yüksəkliklərdə və Bağanis Ayrım kəndi, saat 23.30-dan 00.45-dək və 05.45-dən 06.05-dək Xocavənd ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində, saat 22.00-dan 22.30-dək Tərtərin Seysulan, saat 23.45-dən 00.25-dək isə fasilələrlə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Aşağı Veysəlli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bütün hallarda qarşı təfər cavab atəşi ilə susdurulub, itki yoxdur. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar