SON XƏBƏRLƏR

Təbrizli hüquq müdafiəçisi Həmid Valayinin harda olduğu bəlli deyil

2021.10.20, 07:36
Təbrizli hüquq müdafiəçisi Həmid Valayinin harda olduğu bəlli deyil

Gunaz.tv
Təbrizli hüquq müdafiəçisi Həmid Valayinin harda olduğu bəlli deyil 2r5dyz4.jpg bu yaxınlarda Təbriz ETTELAAT idarəsinə çağırılaraq və həmin yerdən naməlum yerə göndərilən hüquq müdafiəçisi Həmid Valayinin vəziyyətindən heç bir xəbər əldə etmək mümkün deyil. Heç bir ittiham və məhkəmə qərarı olmadan həbs edilən Həmid Valayi Təbriz Universitetinin hüquq fakültəsinin məzunudur və məhkəmə orqanlarında vəkillik etmək üçün sınaq imtahanlarından uğurla çıxsa da ETTELAAT tərəfindən onun qarşısı alınmışdır. Milli haqq və hüquqları uğrunda hər zaman vəkillik edən Həmid Valayi milli fəaliyyətinə görə həbs edildiyi hamı üçün bəllidir. Onun durumundan nigaranlıq keçirən ailə üzvləri və milli hərəkat fəalları beynəlxalq təşkilatlara müraciət ünvanladığını bildirirlər. guney sesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar