SON XƏBƏRLƏR

Latviyada müsəlman icması cizgi filminə etiraz edir

2021.10.20, 07:36
Latviyada müsəlman icması cizgi filminə etiraz edir

Gunaz.tv
Latviyada müsəlman icması cizgi filminə etiraz edir Avropada müsəlmanların və İslam dininin təhqir olunması dalğası indi də Latviyaya keçir. Bu ölkədə yaşayan kiçik müsəlman icması hesab edir ki, yerli telekanalda nümayiş etdirilən «Side haqqında əfsanə» cizgi filmi tamaşaçılarda müsəlmanlara qarşı ikrah hissi yaradır. Latviya ictimai televiziyasında efirə getmiş İspaniya istehsalı olan cizgi filmi burada yaşayan müsəlmanların xoşuna gəlməyib. Öz narazılıqlarını yazılı formada telekanal rəhbərliyinə çatdıran Latviya müsəlmanları, bu sayaq filmləri bir daha telekanalda nümayiş etdirməməyə çağırıblar. Latviya televiziyasına ünvanlanan məktubun müəllifi, Əhməd adını götürmüş Maaris İspaniya cizgi filmində həqiqəti əks etdirməyən faktlar aşkarlayıb. Soyadını səsləndirmək istəməyən Əhməd bunu təhlükəsizlik problemi ilə əlaqələndirir. Latviya ictimai televiziyasında isə bu fikirlə razı deyilər. Kanalın direktor müavini Arnis Kuprinşin sözlərinə görə, cizgi filmi 2006-cı ildə «Qoya» mükafatı alıb və artıq 27 ölkədə nümayiş etdirilib. Filmin müsləmanların çox yaşadığı İspaniyada hazırlandığını deyən Kuprinş bildirir ki, etiraz etməli olsaydılar ilk növbədə İspaniya müsəlmanları bu cizgi filminə qarşı olardılar. İctimai televiziyanın direktor müavini bildirir ki, cizgi filmi bir daha ekspertizadan keçiriləck. Bundan sonra yerli müsəlman icmasına cavab məktubu göndəriləcək. //Lider

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar