SON XƏBƏRLƏR

OBAMANIN MÜSƏLMAN QARDAŞI ORTAYA ÇIXDI_37 yaşlı Bernard Obama Keniyanın paytaxtında “zapçast” satır

2021.10.20, 07:36
OBAMANIN MÜSƏLMAN QARDAŞI ORTAYA ÇIXDI_37 yaşlı Bernard Obama Keniyanın paytaxtında “zapçast” satır

Gunaz.tv
OBAMANIN MÜSƏLMAN QARDAŞI ORTAYA ÇIXDI 37 yaşlı Bernard Obama Keniyanın paytaxtında “zapçast” satır 5503.jpg Britaniyanın “The Sun” qəzeti ABŞ prezidentliyinə demokrat namizəd Bark Obamanın müsəlman qardaşını tapıb. Məlum olub ki, 37 yaşlı Bernard Obama Keniyanın paytaxtı Nayrobidə yaşayır və orada avtomobil hissələri satan dükanı var. Həmçinin Bernard tez-tez İngiltərəyə gəlir. Qəzetin əməkdaşı neçə vaxtdır onun izinə düşsə də, Bernardı Obamanın Londona səfəri vaxtı Berkşir qəsəbəsində tapıb. Jurnalist qapını döyərkən o, qardaşının Britaniya baş naziri Qordon Braunla görüşü haqda xəbərə baxırmış. Əynində şortik və mayka, ayaqları yalın olan Bernard jurnalisti evinə dəvət edərək onunla qardaşı haqda danışıb. Bernard deyib ki, o, qardaşı ilə qürur duyur. “Mən onun prezident seçiləcəyindən əminəm”, - deyə o bildirib. Bernard deyib ki, o, qardaşı ilə ilk dəfə 17 yaşında qarşılaşıb. “Atam müsəlmandır, mən də 18 il əvvəl müsəlmanlığı seçdim. Barak isə xristiandır.” Bernard danışıb ki, onun atası anası Keziya ilə 1957-ci ildə evlənib. Daha sonra onu ataraq ABŞ-a gedib və orada Ann Dunham adlı qadınla evlənib. Həmin evlilikdən Barak dünyaya gəlib. Daha sonra Barakın 4 yaşı olanda atası Dunhamla boşanıb və vətəni Keniyaya geri dönərək əvvəlki arvadı ilə yaşamağa başlayıb. 1982-ci ildə isə avtomobil qəzasında ölüb. Bernard müxbirə Obamanın gənc vaxtlarında Keniyaya getdiyini və onların ailəsində olduğunu əks etdirən fotolar da nümayiş etidirib. Belə fotolardan birində prezidentliyə indiki namizəd qardaşı Bernard və ögey anası ilə birlikdə təsvir olunur. Beləliklə, müsəlman Bernardla xristian Barakın atabir qardaş olduqları məlum olur. İndiyədək Obama ailəsində müsəlman olduğunu deməyib. Onun özünün müsəlman olması və əsl dinini gizlətidiyi haqda iddiaların yayılmasından sonra Obama bu iddiaları təkzib etmək üçün çox çalışmalı oldu. İndi isə Obamanın başı müsəlman qardaşına görə ağrıya bilər. Çünki amerikalılar qaradərili, eyni vaxtda müsəlman əsilli birinin ölkəyə başçılıq etməsini asanlıqla həzm etməzlər. Xəbər xidməti musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar