SON XƏBƏRLƏR

OBAMA XARİCİ SƏFƏRLƏRİNİ BAŞA VURDU_ Prezidentliyə demokrat namizədin son dayanacağı London və Berlin olub

2021.10.20, 07:36
OBAMA XARİCİ SƏFƏRLƏRİNİ BAŞA VURDU_ Prezidentliyə demokrat namizədin son dayanacağı London və Berlin olub

Gunaz.tv
OBAMA XARİCİ SƏFƏRLƏRİNİ BAŞA VURDU Prezidentliyə demokrat namizədin son dayanacağı London və Berlin olub 1576.jpg ABŞ prezidentliyinə demokrat namizəd Barak Obama bir sıra Yaxın Şərq və Avropa ölkələrinə səfərlərini baş vurub. Dünən o Avropa turnesinin sonuncu dayanacağı olaraq Britaniyaya yollanıb, Obama Londonda baş nazir Qordon Braunla görüşüb. Bundan öncə isə o, keçmiş baş nazir Toni Bleyerlə görüşmüşdü. Braun Obamanı iqamətgahının bağçasında qarşılayıb və orada söhbət edib, daha sonra onlar London küçələrində gəziblər. Obamanın Mühafizəkarlar partiyasının lideri Devid Kameronla da görüşəcəyi gözlənilirdi. O, artıq Almaniyaya səfər edib və Berlində ictimaiyyət qarşısında xarici siyasətlə bağlı çıxış edib. Fransada isə o, Prezident Nikolya Sarkozi ilə görüşüb. Obamanı Britaniyada Amerikanın bu ölkədəki səfiri öz xanımı ilə birgə qarşılayıb. Berlin və Paris səfərlərinin tam əksinə olaraq, cənab Obamanın London səfərinin nisbətən “solğun” olacağı gözlənilirdi. Xatırladaq ki, prezidentliyə demokrat namizəd Əfqanıstan, İraq və İsraildə də səfərdə olub. Bu səfərlər zamanı o, İraqdan qoşunların çıxarılması, İranın nüvə proqramı və Əfqanıstanda terrorçulara qarşı mübarizə məsələləri ilə bağlı öz mövqeyini açıqlayıb. Obama İranı nüvə proqramındna əl çəkməyə çağırsa da, bildirib ki, prezident seçilsə, bu ölkə ilə birbaşa danışıqlara gedəcək. Siyasət şöbəsi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar