SON XƏBƏRLƏR

Kərkükdə baş verən terror aksiyası nəticəsində 11 nəfər ölüb

2021.10.20, 07:36
Kərkükdə baş verən terror aksiyası nəticəsində 11 nəfər ölüb

Gunaz.tv
Kərkükdə baş verən terror aksiyası nəticəsində 11 nəfər ölüb İraqın Kərkük şəhərində kürdlərin keçirdiyi etiraz aksiyası zamanı terror aksiyası baş verib. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, İraq parlamentinin qəbul etdiyi seçki qanununa etiraz etmək üçün meydana toplaşan kürdlər kamikadzenin hücumuna məruz qalıb. Nəticədə 11 nəfər ölüb, 54 nəfər yaralanıb. Terroru hansı qruplaşmanın törətdiyi bəlli deyil. ------------------------------------------------------------------------- Ukraynada daşqınlar nəticəsində 22 nəfər ölüb 13:05 28-07-08 Ukraynanın qərbində baş verən təbii fəlakət nəticəsində 22 nəfər ölüb. Lent.az-ın “UNİAN” agentliyinə istinadən verdiyi məlumata görə, aramsız leysan yağışları nəticəsində baş verən daşqınlar nəticəsində ölənlər arasında 6 uşaq da var. Son məlumatlara görə, Qərbi Ukraynanın vilayətlərində 40 mindən çox yaşayış evi və 33 min hektar kənd təsərrüfatı sahəsi su altında qalıb. Leysan suları yüzlərlə körpünün və 680 kilometr avtomobil yolunun dağılmasına gətirib çıxarıb. Prezident Viktor Yuşşenko iyulun 27-də təbii fəlakət zonasında olaraq regionda fövqəladə vəziyyət elan edib. Agentliklər insanların fəlakət zonasından evakuasiyasının davam etdirildiyini bildirirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar